SON DƏQİQƏ

Xaricdəki hesabları vergidən necə yayındırırlar

Tarix:15-10-2018, 16:02

Zəngin adamların və şirkətlərin pullarını ofşorlarda gizlətməsini əngəlləməyi hədəfləyən qaydalarında boşluqlar var və bu o deməkdir ki, xaricdəki hesabları da vergi orqanlarından gizlətmək olar. "The Guardian” qəzeti bunu yeni açıqlanmış hesabata istinadla yazır.

2017-ci ildə vergidən yayınmanı azaltmaq məqsədilə "ümumi hesabat standartı” qəbul olundu. O vaxtdan bəri Avropa Birliyinin üzvü olan ölkələr xaricdə hesabları olan vətəndaşlarla bağlı maliyyə informasiyası mübadiləsi aparırdılar. Belə ki, ofşor hesablar barədə informasiya hesab sahibinin qeydiyyatda olduğu ölkəyə göndərilirdi və yerli hakimiyyətlər bu pulun vergi cəlbinin qayğısına qalırdılar.

Avropa Yaşıllar Partiyasının hazırladığı hesabat isə üzə çıxarıb ki, zəngin investorlar və şirkətlər bəzi boşluqlardan yararlana bilərlər.

Bir problem odur ki, heç də bütün ölkələr bu qaydalara əməl etmir, məsələn, əsas oyunçulardan biri – Birləşmiş Ştatlar burada yoxdur. Bu ölkə qismən informasiya göndərməyə razılaşıb, amma fərdlər yenə də kimliklərini şirkətlərin arxasında gizlədə bilirlər.

Hesabatda deyilir ki, Avstriya və Bolqarıstan ABŞ-dan informasiya ala bilmir. Eləcə də bu ilin iyununadək azı 43 ölkənin ümumi hesabatlılıq standartına əməl etmədiyi üzə çıxıb. Onların içində Monteneqro, Serbiya və Ukrayna da var. Hesabata görə, AB vətəndaşı və şirkəti üçün avtomatik informasiya mübadiləsindən yayınmağın ən asan yolu bu ölkələrdən birində, yaxud ABŞ-da şirkət adıyla bank hesabı açmaqdır.

Daha bir boşluq vətəndaşlıq əvəzində ölkəyə böyük məbləğdə sərmayə boyun olan zəngin investorlar üçün qızıl viza təklif edən ölkələrlə bağlıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ