SON DƏQİQƏ

Avtomobildən qorun! Britaniya kral ailəsinin üzvləri maşını özləri sürməyi niyə sevir?

Tarix:1-02-2019, 11:32

Yanvarın ortalarında yoldan magistral yola çıxarkən Land Rover markalı avtomobil KIA markalı yüngül avtomobillə toqquşub. Sərnişinlər və sürücülər bu hadisədən kiçik zədələr və yüngülvari qorxu yaşamaqla çıxıblar.

Land Rover-in sükanının arxasında Britaniya kraliçasının həyat yoldaşı, Edinburgh şahzadəsi Philip olub.

Hadisənin digər maraqlı cəhəti şahzadə Philip-in 97 yaşında olmasıdır, bu yaşda isə əksəriyyət sükan arxasına oturmur.

Görəsən, Edinburgh şahzadəsi avtomobili niyə özü sürürdü?

İş ondadır ki, Windsor-lar ailəsinin ən görkəmli üzvləri üçün maşın sürmək normal həyata işarə mənası daşıyır.

Hansı hersoq sürətlə sürməyi istəməz?

Kral ailəsinə yaxın olanlara inansaq, şahzadə Philip sürətlə maşın sürməyi həmişə xoşlayıb.

Şahzadə PhilipFotonun müəllifiGEOFF PUGH
Image captionŞahzadə Philip maşın sürməyi sevir. İki il əvvəl o, Barack və Michelle Obamaları və kraliçanı Windsor parkı ərazisində avtomobildə özü gəzdirib.

Şahzadənin dostu və bioqrafı Giles Brendrett BBC-yə danışıb ki, şahzadə Philip yaxşı sürməyi bacarır, lakin bunu çox böyük sürətlə edir.

Bir dəfə Philipin əmisi, lord Mountbathen kraliça ilə şahzadənin sürdüyü maşına oturublar.

Philip maşını elə sürətlə sürürdü ki, kraliça dəhşətdən qışqırırdı.

Şahzadə PhilipFotonun müəllifiGETTY IMAGES
Image captionŞahzadə Philip maşın sürməyi sevir, amma çox böyük sürətlə sürür.

Arvadının növbəti qışqırığından sonra Philip kraliçaya deyib ki, "Bir də qışqırsan, maşından düşürəcəyəm".

Bundan sonra kraliça bir daha qışqırmayıb. Yüksək sürətlə keçən avtomobil səyahəti başa çatandan sonra Mountbathen kraliçadan soruşub: "Ona niyə yavaş sürməyi əmr etmədin. Axı sən kraliçasan?"

II Elizabeth-in buna cavabı belı olub: "Eşitmədin, nə dedi?"

Bu əhvalatı lord Mountbathen qızına, o isə, öz növbəsində, Giles Brendrett-ə danışır.

Son dəfə?

şahzadə PhilipFotonun müəllifiMAX MUMBY/INDİGO
Image captionGörünür, şahzadə Philip maşın sürməyi dayandırmalı olacaq.

Ola bilsin ki, baş vermiş qəzadan sonra Philip nəhayət anlayacaq ki, təkbaşına maşın sürməyi tərgitmək vaxtı artıq çatıb.

Giles Brendrett hesab edir ki, bu, şahzadə üçün ağır qərar olacaq, lakin o praqmatik şəxs olduğundan bunu başa düşəcək.

Və çox güman ki, bunu ona arvadı, sığorta şirkətləri və Norfolk qraflığının polisi məsləhət görəcəklər.

Sürücülük vəsiqəsi olmayan sürücü

Kraliça II Elizabeth Birləşmiş Krallığın yeganə vətəndaşıdır ki, avtomobilini sürücü vəsiqəsi olmadan sürə bilər.

KraliçaFotonun müəllifiBOB HASWELL
Image captionKraliça maşın sürməyi İkinci Dünya Müharibəsi illərində öyrənib.

Maşın sürməyi o hələ İkinci Dünya Müharibəsi illərində Qadın köməkçi ərazi korpusunda xidmət etdiyi vaxt öyrənib.

Kraliça indiyək də Şotlandiyada krallığa məxsus ərazilərə səyahət edərkən öz Range Rover avtomobilini özü sürür.

Aydındır ki, rəsmi tədbirlərə də kraliçanın öz maşınını sürə-sürə gəlməsindən söhbət getmir.

Hamı kimi

Kral ailəsinin istənilən üzvünün sükan arxasına oturmağına heç bir ehtiyac yoxdur: onalrı hara istəyirlər sürücü gətirər-aparar.

Lakin, buna baxmayaraq, onların çoxu "sürmək" fürsəti yaranan kimi bundan istifadə edirlər.

Şahzadə William sükan arxasındaFotonun müəllifiMAX MUMBY/INDİGO
Image captionŞahzadə William arvadı Cambridge hersoginyası Kate ilə avtomobildə kraliça nənəsinin yanına yollanır.

Keçən ilin noyabrında Charles 70 illik yübileyini qeyd edəndə, onun iki oğlu öz arvadlarını ailəvi nahara özləri sürüb gətirdilər.

Müsahibələrindən birində şahzadə Harry-nin rəsmi bioqrafı Duncan Larcombe deyib ki, William, Harry və Cambridge hersoginyası Kate-in maşın sürməyi onların qeyri-adi həyat tərzinə bir qədər "normallıq" əlavə edir.

"Onlar adi həyat tərzi sürməyə, imkan olanda maşın sürməyə və müstəqil olmağa çalışırlar, bu, onları xoşhal edir", - o "Town & Country" jurnalına bildirib.

Lakin kral ailə üzvünün maşının arxa oturacağına nəzər salınsa, "normallıq" dərhal yoxa çıxır.

Çünki orada həmişə təhlükəsizlik xidmətinin zabiti oturur.

Bundan əlavə, kral avtomobilini hələ silahlı mühafizəçilər oturmuş iki avtomobil də müşayiət edəcək.

Yolun əks tərəfi

Harry və Meghan maşındaFotonun müəllifiGETTY IMAGES
Image captionDeyilənə görə, şahzadə Harry sol tərəfli yol hərəkətinə öyrəşməyə özü kömək edib.

Amerikalı aktrisa Meghan Markle şahzadə Harry-yə ərə gendəndən sonra Sussex hersoginyasına çevrildi.

Bundan sonra o, sürücülük vərdişlərini də dəyişməli oldu, çünki Britaniyada yol həkəti sol tərəfli, ABŞ-da isə sağ tərəflidir.

Deyilənə görə, yeni qaydalara öyrəşməyə Meghan-a şahzadə Harry özü kömək edib.

Megan özü maşın sürmək arzusuna düşsə, Britaniyada sürücülük vəsiqəsi almaq üçün imtahan verməli olacaq.

Etiket qaydaları

KraliçaFotonun müəllifiGETTY IMAGES
Image captionRəsmi tədbirlərə kraliçanı sürcüsü aparır.

Kral etiketi qaydaları üzrə ekspert William Henson deyir ki, kral ailəsi üzvünün avtomobilinin sükanının arxasında kimin oturması keçirilən tədbirin məramından və məqsədindən asılıdır.

Kraliça sükan arxasındaFotonun müəllifiGETTY IMAGES
Image caption...qeyri-rəsmi şəraitdə isə maşını özü də sürə bilər.

Rəsmi tədbirlərə və qəbullara kral ailəsinin üzvünü sürücü çatdırmalıdır. Özəl tədbirlərə və məclislərə yollananda isə avtomobili kral ailəsinin üzvü özü də sürə bilər, amma arxa oturacaqda mühafizəçi olmaq şərtilə.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ