SON DƏQİQƏ

“Telefon əlindən düşmür...”- Melania Tramp həyat yoldaşından gileyləndi...

Tarix:7-10-2018, 20:34

ABŞ prezidentinin xanımı Melania Tramp təkbaşına çıxdığı Afrika turunda Keniyadan sonra Misirə gedib. Ölkədə çox gülərüzlə qarşılanan birinci xanım paytax Qahirədən Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və xanımı ilə görüşüb. Görüşün ardından qısa bir tura çıxan Melania, pramidalara da səfər edib. Səfərin ardından jurnlaistlərlə görüşən birinci xanım həyat yoldaşı ilə bağlı bəzi məlumatları jurnalistlərlə bölüşüb. 
Melania Tramp bildirib ki, həyat yoldaşına telefonu əlindən yerə qoymaq üçün dəfələrlə irad tutur: "Ona telefonu əlindən yerə qoyması üçün yalvarıram. Sosial şəbəkədə bu qədər çox olmamasını istəyirəm. Mənə bəzən qulaq asır, bəzən də yox”. 

Melania Tramp həyat yoldaşına qarşı duyğularını da bölüşməkdən çəkinmədiyini bildirib: "Öz duyğularımı dürüstcə paylaşıram. Elə olur ki, bunlara diqqət edir, elə də olur ki, diqqət etmir. Amma önəmli olan mənim özümə aid duruşumu sərgiləməyimdir”-deyib birinci xanım. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ