SON DƏQİQƏ

ABŞ Rusiyanın Suriyaya S-300 vermək qərarını ‘böyük səhv’ adlandırır

Tarix:25-09-2018, 00:11

ABŞ-ın dövlət katibi Mike Pompeo bildirib ki, Moskvanın Suriyaya S-300 yer-səma raket sistemini vermək qərarından qaynaqlanan narahatlıqla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Pompeo bu bəyanatı sentyabrın 24-də Rusiyanın Suriyaya antitəyyarə raket sistemi verəcəyi barədə qərarını elan etdikdən bir neçə saat sonra verib.

Rusiya bildirir ki, bir həftə bundan əvvəl Suriya hava hücumundan müdafiə qüvvələrinin Rusiya təyyarəsini səhvən vumasından sonra bu ölkənin müdafiəsini möhkəmləndirmək qərarına gəlib.

Pompeo-nun Lavrovla sentyabrın 25-də BMT Baş Assambleyasının kuluarlarında görüşəcəyi gözlənilir. Pompeo bildirib ki, "Sergeylə görüşəcəyinə inanır”.

O deyib ki, ABŞ Rusiya ilə bütün mümkün məsələlərdə ortaq məxrəcə gəlmək imkanını əldən vermir. Pompeo bununla yanşı deyib ki, Vaşinqton Rusiyadan ABŞ-ın əleyhinə fəaliyyət göstərdiyi bütün sahələrə görə məsuliyyət tələb edəcək.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton sentyabrın 24-də deyib ki, Rusiyanın Suriyaya təkmil antitəyyarə raket sistemini vermək qərarı "böyük səhvdir” və Suriyadakı gərginliyi "əhəmiyyətli şəkildə artıracaq”.

***

Bundan əvvəl xəbər verilirdi ki, Rusiya Suriyaya S-300 raket sistemi verəcək. Müdafiə naziri Sergei Shoigu deyib ki, bu, ölkənin müdafiə qabiliyyətini artıracaq.

Cəmi bir həftə öncə Suriya qüvvələri Rusiyanın hərbi təyyarəsini vurub.

Shoigu sentyabrın 24-də qeyd edib ki, Moskva S-300 sistemini iki həftəyə çatdıracaq, həmçinin Suriya hökumət qüvvələrini havadan müdafiə şəbəkəsi üçün yenilənmiş avtomatlaşdırılmış sistemlə təmin edəcək.

Sentyabrın 24-də Suriyanın hökumət qüvvələri Latakya vilayəti üzərində Rusiyanın Il-20 kəşfiyyat təyyarəsini vurub, 15 hərbi qulluqçu həlak olub.

Rusiya müdafiə nazirliyi bu insidentə görə İsraili günahlandırıb, Suriyanın havadan müdafiə sistemlərindən yayınmaqdan ötrü Rusiya təyyarəsindən istifadə etdiyini bildirib.

Prezident Vladimir Putinsə daha yumşaq münasibət sərgiləyib, insidenti "faciəvi qəzalar zənciri”nin nəticəsi adlandırıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ