SON DƏQİQƏ

Paşinyana qarşı cəbhə böyüyür - Qarabağ klanı yeni blok yaratdı - Yerevan uğrunda SAVAŞ

Tarix:28-08-2018, 11:06

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı cəbhə böyüyür.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın "Mülki Müqavilə” partiyasının keçmiş müttəfiqi "İşıqlı Ermənistan” partiyası bu dəfə Qarabağ klanı ilə birləşməyi qərara alıb.

Hələ də merin təyin oluna bilmədiyi üçün Yerevan ağsaqqallar şurasının növbədənkənar seçimləri yeni mübarizə meydanına çevrilib.

Belə ki, deyəsən Qarabağ klanı bu cəbhəni uduzmaq istəmir. Elə ona görədir ki, Yerevan ağsaqqallar şurasının budəfəki seçimlərinə "İşıqlı Ermənistan” partiyasını öz tərəfinə çəkməyi bacarıb.

Beləliklə, Yerevanda ağsaqqallar şurasının budəfəki seçimlərində "Respublika” partiyası ilə "İşıqlı Ermənistan” partiyası "İşıq” vahid blokunda çıxış edəcəklər.

Namizədlər içərisində isə birinci yerdə hazırkı ədliyyə naziri və "Respublika” partiyasının siyasi şurasının üzvü Artak Zeynalyandır. İkinci yerdə David Xajakyan, üçüncü yerdə isə Ani Xaçatryan qərarlaşıb.

Qeyd edək ki, "İşıqlı Ermənistan” bundan əvvəlki seçkilərdə "Çıxış” blokunun tərkibində Nikol Paşinyanın "Mülki Müqavilə” partiyası ilə birgə çıxış edib. Lakin Paşinyanın partiyası bu dəfəki seçkilərə tək qatılacağını bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ