SON DƏQİQƏ

Macron: “Prezident Erdoğanın Türkiyəsi Kemalın Türkiyəsi deyil”

Tarix:28-08-2018, 10:14

Elis sarayında 250-yə yaxın diplomat, millətvəkili, beynəlxalq münasibətlər mütəxəssislərinin də iştirak etdiyi yığıncaqda çıxış edən Fransa prezidenti Emmanuel Macron xarici siyasətə və Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı təkliflərini verib.

Fransa prezidenti NATO müttəfiqi ABŞ-da Trumpın belə idarəçiliyinin fonunda Avropa Birliyinin təhlükəsizliyinin artıq ABŞ-a etibar edilməməli olduğunu vurğulayaraq, "Rusiya da daxil, Avropadakı bütün müttəfiqlərimizlə təhlükəsizlik məsələlərini ətraflı nəzərdən keçirməyi istəyəcəm" deyib.

Avropanın Türkiyə və Rusiya ilə yeni və fərqli münasibətlər qurmasına ehtiyacı olduğunu deyən Macron, eyni zamanda, bu ölkələrdə gedən dəyişikliyi nəzərə almalı olduğunu söyləyib.

"Erdoğanın pan-islamçı gündəmi"

''Prezident Erdoğanın Türkiyəsi (Mustafa) Kemal zamanındakı Türkiyə deyil" Macron deyib.

"Türkiyənin AB üzvlüyünə qəbulu əvəzinə, bu ölkə ilə strateji müttəfiq olmaq lazımdır. Bu iki güc təhlükəsizliyimiz üçün vacib olduğundan Rusiya və Türkiyə ilə strateji müttəfiqlik vacibdir, onların Avropa ilə bağlı olması lazımdır".

Almaniya-Fransa "oxu"

Macronun nitqindən əvvəl ABŞ prezidenti Donald Trump özünü NATO müttəfiqlərindən uzaqlaşdıran açıqlamalar vermişdi.

Trump açıqlamalarında dəfələrlə bu Qərb ittifaqının qarşılıqlı müdafiə məsələlərindəki qərarlılığını sorğuladığı kimi, ABŞ-ın Avropaya verdiyi hərbi dəstəyin xərcinin də çox olduğundan şikayətlənmişdi.

Ötən ilki seçkilərdə Fransa prezidenti seçilmiş Emmanuel Macron, AB-də köklü siyasi reformların tətbiqi üçün əlindən gələcəyini edəcəyinə söz vermişdi.

Macronun təklifləri arasında indiyə kimi hələ də yetərli dəstəyi qazana bilməmiş Avrozona üçün ayrıca bir büdcənin formalaşdırılması tövsiyəsi də var.

Çərşəmbə axşamı Danimarka və Finlandiyaya üç günlük səfərə çıxan Fransa prezidenti AB üçün irəli sürdüyü reformalara dəstək istəyəcək.

Avropa Birliyinin ən güclü ölkəsi Almaniya Macronun planlarına ehtiyatla dəstək verib, lakin Avropanın daha əhatəli hərbi işbirliyinə getməli olduğu istiqamətindəki çağırışları Almaniya xarici işlər naziri Heiko Maasın bir müddət əvvəlki açıqlamalarıyla üst-üstə düşür.

Almanya xarici işlər naziri Maas keçən həftə "Handelsblatt" qəzetinə yazdığı məqalədə Avropa-ABŞ arasındakı münasibətlərdə bir uzaqlaşma yaşandığı vaxtda, AB-nə "məsuliyyəti paylaşmaqla, yeni bir ağırlıq mərkəzi yaratmaq" çağırışı edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ