SON DƏQİQƏ

İran: ABŞ sanksiyaları ‘dostluq sazişi’ni pozur

Tarix:27-08-2018, 11:24

İran Beynəlxalq Ədalət Məhkəməsindən xahiş edir ki, Prezident Donald Trumpadministrasiyasının qoyduğu sanksiyaları qaldırsın. Tehran Vaşinqtonla on illər öncə imzalanmış dostluq sazişini əsas gətirir.

İranlı deputatlar avqustun 27-də məhkəməyə arqumentlərini təqdim edəcəklər. Onların qaldırdığı iddiada bildirilir ki, sanksiyalar 1955-ci ildə Birləşmiş Ştatlarla İranın imzaladığı dostluq sazişini pozur.

Həmin sənəddə iki ölkə arasında "dostluq münasibətləri” qurulmasına çağrılır, qarşılıqlı ticarət və investisiya həvəsləndirilir, diplomatik münasibətlər tənzimlənir.

Həmin saziş Vaşinqtonla Tehranın münasibətlərinin yaxşı olduğu, 1979-cu il İslam İnqilabından çox əvvəl imzalanıb.

İranda küçə etirazlarının xəritəsi
İranda küçə etirazlarının xəritəsi

Birləşmiş Ştatlar avqustun 28-də başlanacaq məhkəmədə bu iddiaya rəsmən cavab verməlidir.

BİRLƏŞMİŞ ŞTATLARIN ARQUMENTİ

ABŞ rəsmiləri, hələlik, iddianı açıq şəkildə şərh etməyiblər, ancaq gözlənir ki, vəkillər BMT məhkəməsinin bu mübahisə üzərində yurisdiksiyaya sahib olmadığını dilə gətirəcəklər.

Onların dostluq sazişinin daha etibarlı olmadığını, sanksiyaların bu sənədin şərtlərini pozmadığını dilə gətirəcəyi gözlənir.

Dinləmələrin dörd gün çəkəcəyi, məhkəmə qərarının bir ay ərzində çıxarılacağı bildirilir.

Dünya Məhkəməsi kimi də tanınan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları hüquqi məsuliyyət qoyur, di gəl, onları qüvvəyə mindirməyə səlahiyyəti çatmır. Bəzən ölkələr bu qərarları gözardı edirlər.

Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sənədə imza atmış digər ölkələr Vaşinqtonu ondan çıxmamağı çağırmışdılar.

Bu ay bərpa olunmuş sanksiyalar İranın avtomobil sənayesini, qızıl və digər qiymətli metallarla ticarətini, neft ixracını və digər qlobal ticarəti dəstəkləməkdən ötrü ABŞ dollarları almasını hədəfləyib.

Noyabrda qüvvəyə minəcək əlavə sanksiyalar İranın bank sektoruna və neft sənayesinə məhdudiyyətlər qoyacaq.

Sanksiyalar artıq ölkə iqtisadiyyatına təsirini göstərib. Rial xeyli ucuzlaşıb, İranda küçə etirazları başlanıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ