SON DƏQİQƏ

Özünə yeni sahib axtaran nökər: Məxməri inqilabdan vətəndaş müharibəsinə doğru...

Tarix:20-08-2018, 16:00

Baş nazirin öz sələflərini Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gizli danışıqlarda ittiham etməsi Ermənistanda müxalifətin kəskin etirazına səbəb olub. Deputat və Respublikaçı Partiyanın sədr müavini Armen Aşotyan, Nikol Paşinyanın avqustun 17-də keçirilən mitinqdə çıxışına cavab olaraq, Levon Ter-Petrosyanın dövründən başlayaraq, Qarabağla bağlı danışıqlar prosesinin təfərrüatlarının açıqlanmasını tələb edib.

Diqqət çəkən başqa bir məqam isə Paşinyanın Köçaryan-Sərkisyanın parlamentdəki  tərəfdarlarını quldur dəstəsi adlandırmasıdır. Qiyamçı baş nazir bildirib ki, yalnız həmin quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər. 

Bu zaman belə bir sual yaranır, quldur dəstə deyəndə kimi nəzərdə tutur? Yoxsa Paşinyan üçün "quldur dəstə" Respublika Partiyasının məclisdə təmsil olunan nümayəndələridir. Əsas da Eduard Şarmazanov və Armen Aşotyan. Görünən odur ki, parlamentdə çoxluğun Respublikaçılardan ibarət olması hökumət başçısını ciddi narahat edir. Bu səbəbdəndir ki, Paşinyan parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Eks-prezident Robert Köçəryanın həbsdən çıxması Respublikaçıların fəallaşmasına səbəb olub. Ehtimal olunur ki, mövcud qarşıdurma vəziyyəti yaxın zamanlarda Paşinyanla Respublikaçılar arasındakı gərginliyin daha da artmasına gətirib çıxaracaq. Bu gərginlik də parlamentin iclaslarında açıq şəkildə özünü biruzə verəcək. Amma bu gərginliyin qarşıdan gələn parlament seçkilərindən sonra səngiyəcəyini də gözləməyə dəyməz. Çünki hələ də işğalçıölkədə qüvvələr nisbətinin birmənalı olaraq hər hansı qruplaşmanın əlində cəmləşdiyini söyləmək mümkün deyil. Odur ki, hələ də qarşıdakı dönəmdə siyasi rəqiblərin bir birini zəiflətmək üçün çeşidli ifşa kampnaiyalarına əl atacağı gözləniləndir. Bu da bütövlükdə Ermənistandakı onsuz da qarmaqarışıq olan vəziyyəti daha da qəlizləşdirəcək. Bir sözlə, işalçı ölkə elə bir labirintə sürüklənib ki. yaxın zamanlarda vəziyyətdən çıxış yolları görsənmir. Ermənistanda növbəti inqilabınsa məxməri deyil, qanlı olacağının əlamətləri appaçıq görsənir. Proseslər buna doğru gedir...

Ehtiram Aşırlı,
Analitik-icmalçı 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ