SON DƏQİQƏ

Lirə böhranı: Türkiyədən ABŞ elektronika məhsullarına boykot elanı

Tarix:15-08-2018, 10:30

Washington Ankaraya qarşı cəza sanksiyaları tətbiq edəndən sonra, Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, ölkəsi ABŞ-ın elektronika mallarını boykot edəcək.

"ABŞ-da iPhone varsa, o biri tərəfdə də Samsung var", - Erdoğan deyib.

Türkiyə ABŞ keşişini həbsxanadan buraxmağa imtina etdikdən sonra, ABŞ ötən həftə Türkiyənin polad və alüminium məhsullarına gömrük rüsumunu ikiqat artırıb.

Türkiyənin zəifləmiş valyutası, lirə, sanksiyalardan sonra dəyərinin 20 faizini itirib.

Prezident Erdoğan deyib ki, Türkiyə, öz iqtisadiyyatını sabitləşdirmək məqsədi ilə tədbirlər görür və xarici valyutaları almaqla "düşmənə təslim olunmaq olmaz".

Ankarada səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çərşənbə axşamı mətbuat

konfransında ABŞ sanksiyalarının qanunsuz olduğunu bildirib. O, ABŞ-ı özü üçün beynəlxalq ticarətdə qeyri-ədalətli rəqabət şəraiti yaratmaqda ittiham edib.

Türkiyə lirəsinə nə olub?

Yanvar ayından bəri Türk lirəsi dollara qarşı 34 faiz ucuzlaşıb, Türkiyədə gündəlik tələbat mallarının qiyməti isə bahalaşıb.

Erdoğan bildirib ki, lirənin kəskin düşməsi xarici dövlətlərin apardığı "kampaniyanın" nəticəsidir.

Cümə günü televiziya çıxışında o, Türkiyə vətəndaşlarını pul və qızıllarını Türk lirəsinə dəyişməyə çağıraraq deyib ki, Türkiyəyə qarşı "iqtisadi müharibə" aparılır.

Son günlər ərzində dramatik tərzdə dəyər itirən Türk lirəsinin enişi hazırda səngiyib.

Türk lirəsi

Türkiyənin Mərkəzi Bankı bankları likvidliliklə təmin edəcəyini vəd edib.

Erdoğanın kürəkəni - ölkənin Maliyyə naziri cümə axşamına təyin olunan telekonfransda 1000 xarici investoru sakitləşdirmək üçün təminatlar verməyə çalışacaq.

BBC-nin Türkiyə üzrə müxbiri Mark Lowen qeyd edir ki, Erdoğanın boykot qərarı ABŞ ilə münasibətləri daha da gərginləşdirə bilər - türklər hazırda Trump-ın buna necə cavab verəcəyini gözləyirlər.

Keşiş ətrafında bu mərəkə nədir?

Prezident Erdoğan ABŞ-ı Türkiyəni "keşişə görə hədələyib diz çökdürmək istədiyini" bildirib.

ABŞ təkid edir ki, Türkiyədə uzun müddət yaşayan İzmir kilsəsinin keşişi Andrew Brunson "ədalətsiz və qərəzli olaraq həbs olunub".

Andrew Craig BrunsonFotonun müəllifiAFP/GETTY IMAGES
Image captionPrezident Donald Trump keşiş Andrew Brunson-u "təqsirsiz bir dindar adam" adlandırır

Şimali Karolina ştatından olan amerikalı keşiş PKK və 2016-cı ilin çevriliş cəhdində təqsirləndirilən Gülen hərəkatı ilə iddia edilən əlaqələrə görə 2 ilə yaxındır ki, Türkiyədə həbsdə saxlanılır.

Ağ Evin mətbuat katibi Sarah Sanders deyib ki, ABŞ "keşiş Brunson-un hərəkətlərində yanlışlıq görməyib".

Brunson casusluq ittihamını rədd edir, lakin təqsirli bilinərsə, 35 il müddətinədək azadlıqdan məhrum oluna bilər.

Beynəlxalq əks-səda

Türkiyə ilə ABŞ arasında gərginlik, Hindistan rupisi də daxil, digər ölkələrin valyutalarına da təsir göstərib.

Ehtiyat edilir ki, Türk lirəsinin qeyri-sabitliyi inkişaf edən ölkələrin milli valyutalarına da təsir göstərə bilər.

Çərşənbə axşamı rupinin dollara qarşı məzənnəsi bütün dövrlərin ən aşağı nöqtəsinə düşəndən sonra, Hindistan höküməti insanları təlaşa düşməməyə çağırıb,

Ötən həftə ərzində Rusiya, Braziliya, Argentina, Cənubi Afrika və Meksikada da yerli valyutalar ucuzlaşıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ