SON DƏQİQƏ

İrana yeni valyuta məhdudiyyətləri qoyulacaq

Tarix:6-08-2018, 11:17

Avqustun 6-da Birləşmiş Ştatlar İrana yeni sanksiyalar paketini açıqlayacaq. Siyahının başında yeni valyuta məhdudiyyətlərinin gələcəyi gözlənir.

ABŞ-ın dövlət katibi Mike Pompeo jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Tehrana bərpa etdiyi sanksiyaları "qüvvəyə mindirəcək”. Prezident Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunacağını bildirib.

Sinqapurdakı sammitdən Vaşinqtona yola düşən Pompeo reportyorlara söyləyib ki, Ağ ev avqustun 6-da sanksiyaları detallı açıqlayacaq.

"SANKSİYALAR QÜVVƏYƏ MİNƏCƏK”

Birləşmiş Ştatlar rəsmilərinin deməsinə görə, İran hökuməti artıq avqustun 7-də GMT vaxtıyla 04:01-dən ABŞ banknotlarını ala bilməyəcək.

Sanksiyaların ölkə sənayesinə, məşhur fars xalçalarının ixracına da tətbiq olunacağı bildirilir.

Pompeo-nun sözlərinə görə, Tehrana təzyiqin gücləndirilməsinin məqsədi "İranın məkrli fəaliyyətini dayandırmaq”dır.

O əlavə edib ki, İran xalqı "liderlərinin vaxtilə verdiyi iqtisadi vədləri yerinə yetirməməsindən məyus olub”.

"Bu, iranlıların öz hökumətlərindən narazı qalmasıyla bağlıdır və prezident aydın şəkildə bildirib: Biz İran xalqının öz liderlərinin kim olmasında güclü səs qazanmasını istəyirik”, – o deyib.

İran yeni sanksiyalardan yayına bilərmi sualına cavabında Pompeo deyib ki, "Birləşmiş Ştatlar sanksiyaları tətbiq edəcək”.

Son aylar gözlənən sanksiyalar ucbatından İran iqtisadiyyatı sürətlə pisləşib, bir çox şəhərlərdə iqtisadi tələblərlə aksiyalar keçirilib.

Valyuta tranzaksiyalarına gözlənən məhdudiyyətlər isə riala ciddi zərbə vurub.

MƏRKƏZİ BANK SƏDRİNİN MÜAVİNİ SAXLANIB

İran dövlət televiziyasının avqustun 5-də bildirməsinə görə, rialın çöküşünü önləməkdən ötrü xarici valyuta mübadiləsi qaydaları asanlaşdırılacaq. Rial apreldən bəri dəyərinin yarıya qədərini itirib.

Avqustun 5-də İran mərkəzi bankı sədrinin xarici valyuta mübadiləsinə cavabdeh müavini Ahmad Araghchi saxlanıb.

Ahmad Araghchi
Ahmad Araghchi

Ədliyyənin sözçüsü deyib ki, o, bir gün öncə iqtisadi cinayət iddiaları ilə vəzifəsindən uzaqlaşdırılıb.

Tehranın 2015-ci ildə dünyanın altı ölkəsiylə imzaladığı nüvə sazişi onun nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Trump İran hakimiyyətinə qarşı sərt ritorikasına baxmayaraq, iyulun 30-da deyib ki, iranlı həmkarı Hassan Rohani ilə görüşməyə hazırdır, ancaq ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün "heç bir ilkin şərt” qoyulmasın.

Bir gün sonra İranın Xarici İşlər Nazirliyi Trump-ın təklifini rədd edib, bildirib ki, belə danışıqların "dəyəri olmaz”, "alçaldılma” demək olar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ