SON DƏQİQƏ

Azərbaycanla hər an müharibə başlaya bilər – Ermənistanda sensasion BƏYANAT

Tarix:4-08-2018, 12:47

Qarabağda müharibə avqustun və sentyabrın istənilən günündə başlaya bilər.

 bunu "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan özünün "Facebook” səhifəsində yazıb.

 

"Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər”, - deyə Ohancanyan iddia edib.

 

"... Görünür, Azərbaycanda müharibəyə futbol üzrə dünya çempionatı dövründə və ya ondan dərhal sonra başlamaq niyyətləri olub. Amma Minəçevir İES-dəki qəza və Gəncədə baş verən hadisələr Azərbaycanın, Türkiyənin və onların Qarabağ probleminin həllini hərbi yolla reallaşdırmaq məsələsində müttəfiq-himayəçilərinin niyyətini bir qədər geriyə atdı.

 

Bu gün hərbi həll öz aktuallığına itirməyib, həm də ki, bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini, bəyan edilmiş hədəflərə  ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə, cəzalandırmaq  istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır...", - deyə Ohancanyan öz qorxusunu ifadə edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ