SON DƏQİQƏ

Dünya iqtisadiyyatı qarşısında duran ən böyük risklər nələrdir?

Tarix:3-08-2018, 12:36

Dünyanın iki böyük iqtisadiyyatı olan ABŞ və Çin arasındakı ticarət müharibəsi rəsmi olaraq iyul ayından başlayıb.

İyulun əvvəlində ABŞ Çinin 34 milyard dollar dəyərindəki məhsullarına əlavə gömrük vergisi tətbiq edəcəyini elan etdi. Çin bu addıma analoji tərzdə cavab verəcəyini bildirdi.

Avqust ayında ABŞ tərəfindən 16 milyard dollar dəyərində yeni gömrük vergisi tətbiq ediləcəyi gözlənilir.

Digər tərəfdən, ABŞ ticarət müharibəsinə başlamağa hazır olduğu Avropa İttaifaqı ilə (Aİ) razılığa gələ bilib.

Bloomberg öz qaynaqlarına istinadən xəbər verib ki, ticarət müharibəsinin təsirini yumşaltmaq üçün ABŞ və Çin arasında təkrar müzakirələr aparılacaq.

ABŞ Maliyyə naziri Steven Mnuchin və Çinin Baş nazir köməkçisi Liu He arasında görüşə hazırlığın aparıldığı iddia edilir.

3,1 faiz artım gözlənir

İyun hesabatında Dünya Bankı 2018-ci ildə qlobal iqtisadiyyatın 3,1 faiz artacağını proqnozlaşdırıb.

Qarşıdakı 2 il ərzində isə inkişaf etmiş və inkişafda olan ölkələrin iqtisadiyyatlarının artım sürəti zəifləcəyindən, qlobal iqtisadiyyatın da artım sürətinin azalması proqnozlaşdırılır.

ABŞ iqtisadiyyatı isə tarixində ən böyük inkişaf dövrünə daxil olacaq.

ABŞ iqtisadiyyatı 2009-cu ildən bəri artır - bu, ABŞ iqtisadiyyatının tarixində ən uzun genişlənmə dövrüdür.

Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatı 4,1 faiz artım nümayiş etdirib, bu isə 2014-cü ildən bəri ABŞ-da ən yüksək iqtisadi artım tempidir.

ABD ekonomiFotonun müəllifiGETTY IMAGES

Digər təhlükə: Mərkəzi banklar

JP Morgan Bankının prezidenti Jamie Dimon hesab edir ki, iri mərkəzi bankların siyasət dəyişikliyi və qlobal ticarət müharibəsi qlobal iqtisadiyyata ziyan vurmaqdadır.

2008-ci ilin maliyyə böhranından sonra, dünyanın ən böyük mərkəzi bankları, ABŞ-ın mərkəzi bankı da (Fed) daxil olmaqla trilyonlarla dollarlıq dövlət istiqrazları alıb iqtisadiyyatı yenidən sağlamlaşdırmağa çalışıblar.

Jamie Dimon pul kütləsinin böyüməsindən narahatdır.

"Heç kimi qorxutmaq istəmirəm. Hökumətlər o qədər çox borca girib ki, insanlar nəsə dəyişəcək deyə təlaşa düşə bilərlər", - o deyib.

İsveçrənin Credit Suisse bankı iyulun sonundakı hesabatında 2018-ci ildə qeyri-müəyyənliklərin güclənməsinə səbəb olacaq amillər sırasında ticarət müharibələri və artan faiz dərəcələrini göstərib.

EkonomiFotonun müəllifiGETTY IMAGES

Türkiyəli iqtisadçı-ekspert Şant Manukyan qeyd edir ki, misal üçün Venesuela və Argentina kimi ölkələr artıq iqtisadi böhranı yaşamaqdadırlar.

Onun sözlərinə görə, daha güclü iqtisadiyyatlar bu çətin dövrdən nisbətən daha rahat çıxa biləcək.

Ekspert hesab edir ki, avrozona və Çin qeyri-sabit artım və siyasi risklər səbəbilə böyük tənəzzüllər riski yaradır, buna görə də yeni iqtisadi böhran bu iki bölgədən birində çıxa bilər.

Avrozonada son iki ildə iqtisadi artım ən aşağı sürətlə gedib, Şant Manukyan qeyd edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ