www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Azərbaycan ABŞ konqresmenlərinə 2,3 milyon dollar paylayıb


Azərbaycan ABŞ konqresmenlərinə 2,3 milyon dollar paylayıb

Bölmə: Siyasət
Azərbaycan ABŞ konqresmenlərinə 2,3 milyon dollar paylayıb
Amerika qanunverici orqanının fəaliyyətini analiz edən “Sunlight Foundation” təşkilatı ABŞ Konqresinin üzvlərinin lobbiçilik üçün hansı ölkədən nə qədər pul aldığına dair hesabat açıqlayıb.

Virtualaz.org saytının xəbərinə görə, hesabata əsasən ötən il ərzində Birləşmiş Ərəb Əmirlikləri öz maraqlarının Konqresdə müdafiəsi üçün ən çox pul xərcləyən ölkə olub - 14,2 milyon dollar.

Almaniya bu məqsədlə 12 milyon, Kanada 11,2 milyon dollar xərcləyib.

Bu məlumatlar ABŞ Ədliyyə Departamentində qeydə alınan lobbi müqavilələrinə istinadən verilir. Hesabata əsasən Səudiyyə Ərəbistanı konqresmenlərə 11,1 milyon, Meksika 6,1 milyon, Mərakeş 4 milyon, Cənubi Koreya 3,9 milyon, Serbiya 2,4 milyon, Gürcüstan 2,3 milyon, Azərbaycan 2,3 milyon dollar xərcləyiblər.

Hesabatda göstərilir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun əri Aleksandr Timoşenko ABŞ Senatının beynəlxalq məsələlər komitəsində, Dövlət Departamentində və Ağ Evdə lobbiçilik üçün 1 milyon dollar xərcləyib. Məqsəd Yuliya Timoşenkonun azadlığa buraxılması üçün Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçə təzyiq göstərilməsi olub.