SON DƏQİQƏ

Sorğu: Rusiyalıların dörddə biri Putin hökumətinə etiraz etmək istəyir

Tarix:2-08-2018, 11:39

Yeni rəy sorğusunun nəticələrinə görə rusiyalıların dörddə biri prezident Puitin hökumətinin yürütdüyü iqtisadi siyasətlərə etiraz etməyə hazırdır. Bu, 2000-ci ildən bəri bu məsələdə ən böyük rəqəmdir.

Sorğunun nəticələrini avqustun 1-də müstəqil Levada Mərkəzi açıqlayıb.

Bu sorğuda iştirak etmiş rusiyalıların 28 faizi iqtisadi tələbləri olan kütləvi etirazlara qatılmağa hazır olduğunu söyləyib.

Bu rəqəm yalnız 1998-ci ildə keçirilmiş sorğu zamanı indikindən yüksək olub. O sorğuda respondentlərin üçdə biri küçələrə çıxmağa hazır olduğunu bildirmişdi.

Bu sorğuda siyasi etirazlara qoşulmağa hazır olduğunu deyən rusiyalılar 23 faiztəşkil edib. Bu, 2009-dan bəri ən yüksək göstəricidir.

Respondentlərin 27 faizi təqaüd yaşının qadınlar üçün 55-dən 63-ə, kişilər üçün isə 60-dan 65-ə qaldırılmasına etiraz etmək istədiyini deyib.

Rəyi soruşulanların 71 faizi təqaüd yaşının qaldırılmasına dair qanunun ləğvini istədiyini deyib. Bu qanunu respondentlərin yalnız 5 faizi dəstəkləyib.

İyulun 19-25-də Rusiyanın 52 regionundakı 136 şəhərində keçirilmiş bu sorğuda 1600 nəfərin rəyi soruşulub.

AzadlıqRadiosu bildirir ki, rusiyalılar arasında populyarlığının hələ də yüksək olmasına baxmayaraq Putini uzunmüddətli iqtisadi və demoqrafik problemlər gözləyir.

Bəzi siyasi şərhçilər Rusiyanın "durğunluq” dövrünə qədəm qoyduğunu deyirlər.

Levada Mərkəzinin iyun ayında açıqladığı rəy sorğusunun nəticələrinə görə rusiyalıların 57 faizi "qətiyyətli və tammiqyaslı dəyişikliklərə” ehtiyac olduğunu düşünür. Ötən ilin avqustunda bu rəqəm 42 faiz idi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ