www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Ermənistanın “Lragir” nəşri: “Ermənistan Qərblər Rusiya arasında körpü ola bilər”


Ermənistanın “Lragir” nəşri: “Ermənistan Qərblər Rusiya arasında körpü ola bilər”

Bölmə: Siyasət
Ermənistanın “Lragir” nəşri: “Ermənistan Qərblər Rusiya arasında körpü ola bilər”
Fransa prezidenti Fransua Ollandın Ermənistana səfəri ilə Gömrük İttifaqına üzvlük haqqında məsələ yenidən gündəmə gəlib. Bu haqda Doğru.TV Ermənistanın “Lragir” nəşrinə istinadən xəbər verir. Məlumata görə, Serj Sarkisyan bildirir ki, bu Ermənistanın nüfuzunu artıracaq. Çünki Olland da Ermənistanda bəyan edib ki, Ermənistanın Gömrük İttifaqına daxil olub-olmaması Fransa üçün heç bir maneə yaratmayacaq.
Ermənistan da, elə qənaətə gəlib ki, Qərb Ermənistanı Rusiya ilə öz arasında körpü kimi istifadə etmək niyyətindədir. Lakin erməni nəşri qeyd edir ki, nə üçünsə Fransa sərmayəni nə Qazaxıstana, nə Rusiyaya, nə də Belarusiyaya deyil, Gİ-ilə heç bir sərhəddi olmçayan məhz Ermənistana yatırmaq niyyətindədir. Lakin Ermənistanın həll edilməmiş münaqişəsi, Rusiyanın diktəsi altında yaşayaraq suverenliyini əldən verməsi və kriminal-oliqarx zəncirinə bürünməsi kimi faktları var.
Ermənistana investisiya yatırılmasının iki səbəbi ola bilər. Birincisi, ucuz işçi əldə etmək və İranla münasibətlər qurmaq. Xüsusilə ucuz işçi qrupu əldə etmək məsləsini qeyd etmək olar. Çünki İranla münasibətləri düzəltmək üçün Ermənistanın bir rol oynaya bilməsi heç də inandırıcı səslənmir. Nəhəng Ermənistan-İran layihələri bu gün məhz Rusiyanın nəzərati altındadır. Rusiya da onları aktiv şəkildə qarşısını alır. Yalnız əgər, Qərb və Rusiya arasındakı qarşıdurma daha da gərgin vəziyyət alarsa, Ermənistanı körpü kimi istifadəsi ehtimalı yüksələ bilər. Qərb və rusiya sanksiları Ermənistan vasitəsi ilə həll edə bilrə. Ara yerdə isə Ermənistan öz maliyyə faizini əldə etmiş olar. Belə olarsa, da Ermənistanda maliyyə sistemi inkişaf edər. Əbəs yerə deyil ki, bu günlərdə Ermənistan hakimiyyəti maliyyə nazirliyində meqa-dəyişikliklər etmək qərarına gəlib.
Görünüşə görə, Ermənistan variantı Rusiya və Qərbin susaraq razılaşdıqları variantdır. Qərb demək olar ki, Ermənistana “kredit” daha vermir. Lakin İrəvan “tranzit haqqına” görə ayaqda dura bilər. Bu bir tərəfdən Rusiya üçün yaxşıdır. Çünki, belə olarsa, Rusiya Ermənistanı iqtisadi tərəfdən təmin etmək məcburiyyətində qalmayacaq.
Lakin bu o deməkdir ki, Ermənistanda iqtisadiyyat tamamilə olmayacaq. Burada Ermənistanın maliyyə əldə etməsi, sadəcə Qərb və Rusiyanın münasibətlərindən asılı vəziyyətdə qalacaq və müstəqil iqtisadi siyasət yürütməkdən məhrul olacaq.