SON DƏQİQƏ

Recep Tayyip Erdoğan Bakıya gəlir

Tarix:10-07-2018, 12:37

Recep Tayyip Erdoğan Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini açıqlayıb.

İyulun 10-da baş tutacaq səfər haqqında məlumat Türkiyə prezidentinin saytında qeyd olunub.

Xəbərdə Erdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətləri ilə birgə görüşəcəkləri bildirilib.

İyulun 9-da prezident Erdoğan Ankarada Türkiyə Böyük Millət Məclisində and içib və bundan sonra yeni hökümətin tərkibini elan edib.

, Recep Tayyip Erdoğanın andiçmə mərasiminə qatılan 22 ölkə rəhbəri arasında Avropadan yalnız Bolqarıstan prezidenti olub.

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ən böyük xarici dəstəyi verən İngiltərə də andiçmə mərasiminə nazir göndərməyib.

24 iyun bazar günü Türkiyə 13-cü prezidentini və 27-ci çağırış millət vəkillərini seçmək üçün seçkiyə gedib.

Seçkilərin nəticələrinə görə, Recep Tayyip Erdoğan səslərin 53%-ni qazanaraq yenidən prezident seçilib.

Beləliklə, Erdoğan bu seçkilərdən sonra Türkiyədə hakimiyyət quruluşu dəyişməsiylə seçilən ilk prezident olub.

Prezidentlik yarışında Erdoğanın rəqibi olan CHP-nin prezidentliyə namizədi Muharrem İnce səslərin 30%-nı yığıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ