SON DƏQİQƏ

Azərbaycan Ermənistan Baş nazirinin bəyanatına cavab verib

Tarix:8-06-2018, 01:54

Ermənistan parlamentində hökumət proqramını təqdim edən Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu təsdiqləyərək, bir daha tanınmamış "Dağlıq Qarabağ Respublikasının" danışıqlar prosesinə cəlb edilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Nikol Paşinyanın bəyanatını "status-kvonu saxlamağa" yönəlmiş "qeyri-konstruktiv" addım kimi qiymətləndirib .

"Mən heç bir halda Qarabağ xalqı adından danışıqlar aparmaq hüququnu öz üzərimə götürə bilmərəm. Bunun üçün nə hüquqi, nə siyasi, nə də mənəvi əsaslar mövcuddur... Qarabağ xalqının öz hakimiyyəti, Milli Məclisi, hökuməti və prezidenti var, və onu [Dağlıq Qarabağı] öz legitim nümayəndəsi təmsil edə bilər", - Nikol Paşinyan bəyan edib.

Ermənistan baş naziri eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara cəlb edilməsinə dair Azərbaycanın mövqeyini şərh edərək, onu "saxta fakt" adlandırıb.

"Çünki Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlıların statusu dəyişməyib [münaqişə nəticəsində] istər münaqişədən əvvəl, istərsə sonra onlar Azərbaycan vətəndaşları qalmaqda davam edir, Azərbaycanda keçirilən bütün, o cümlədən, seçkilərdə iştirak edirlər. Belə ki, prezident İlham Əliyev həmçinin onların adından danışıqlar aparır", - Nikol Paşinyan deyib.

"Qeyri-konstruktiv addım"

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirib .

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir", - XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Eyni zamanda Ermənistan və Azərbaycan dövlət başçıları arasında Dağlıq Qarabağ münaqişəsi üzrə yaxın vaxtlar mümkün görüş haqqında məlumat yoxdur.

Azərbaycan XİN rəsmisinin sözlərinə görə, Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir.

Bu qətnamələrdə "işğalçı qoşunların" dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

"Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər", - Hikmət Hacıyev bəyan edib.

Ermənistan-Azərbaycan danışıqları bə vaxt baş tutacaq?

"Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir", - deyə o vurğulayıb.

"Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında görüş haqqında hazırda heç bir razılaşma yoxdur", - iyunun 5-də Yerevanda jurnalistlər üçün brifinq zamanı Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bəyan edib.

O, həmçinin Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında da görüş planlaşdırılmadığını bildirib.

Balayan iyunun 13-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin Yerevana səfəri və Nikol Paşinyanın baş nazir vəzifəsində onlarla ilk görüşü gözlənildiyini deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ