SON DƏQİQƏ

İlham Əliyev: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir"

Tarix:7-06-2018, 13:26

"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir", Azərbaycan prezidenti İlham Əliyev deyib.

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsinin qonağı olan prezident Ermənistandakı son hakimiyyət dəyişikliyinə toxunub.

İlham Əliyev deyib ki, o, "dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa" edib. "Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib".

Prezident xatırladıb ki, o, dəfələrlə Ermənistanda iqtisadi, demoqrafik böhran yaşandığını deyib: "Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir".

İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin "səhvlərini təkrarlamayacaq" və Qarabağ münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək: "İmitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər".

Xristian, yəhudi dini icma rəhbərlərinin də qatıldığı mərasimdə İlham Əliyev vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır, ancaq "dövlət dindarlara daim dəstək, dayaq olur".

Prezident əlavə edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Onun sözlərinə görə, Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır. "Bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir", İlham Əliyev əlavə edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ