SON DƏQİQƏ

Cazibadar prezident arvadı YOXA ÇIXIB”

Tarix:6-06-2018, 14:28

"Melaniya Tramp yoxa çıxıb. Boyu 1 metr 80 sm, model görünüşlü, prezident arvadı".

 Amerika mətbuatına bu qəbildən elanlara son bir ayda tez -tez rast gəlinir. Xüsusilə də prezidentin xanımının onu G7 sammitinə və Şimali Koreya lideri Kim Çen Inla görüşə müşayət etməyəcəyi barədə məlumatlardan sonra birinci xanımın səssiz-səmirsiz yoxa çıxdığı deyilir. Hətta Melaniyanın Ağ Evdə rəsmi mərasimdə görünməsi də mətbuatın diqqətini yayındıra bilməyib. Amerika KİV-ləri onun barəsində "itkin düşüb” ifadəsi işlədir. 

"Biz Melaniyanı görməliyik. Əmin olmalıyıq ki, o sağdır",-deyə mətbuat yazır. 

Birinci xanımın yoxa çıxması barədə xəbərlər artıq bir aya yaxındır ki, dolaşır. 14 mayda Ağ Ev rəsmən bildirib ki, Melaniya Tramp kiçik bir əməliyyat keçirib və vəziyyəti yaxşıdır. O, bir müddət xəstəxanada qalacaq. Ancaq mətbuat hadisənin xəstəliklə yox cütlüyün mübahisəsi, ailədaxili zorakılıq və hətta boşanma ilə əlaqələndirir. 

 "Vanity Fair" nəşri yazır: "10 həkimdən 10-u da bildirər ki, belə əməliyyatdan sonra bərpa olmaq üçün uzun zaman lazım deyil".

Birinci xanımın mətbuat katibinin təsəlliverici sözləri də, sosial şəbəkələrdə Melaniya Tramp üçün açılan səhifələrdəki "sağ-salamatam" bəyanatları da amerikalı jurnalistləri sakitləşdirməyib. Hətta Ağ Evdəki mərasimdə görüntülənmə də işə yaramayıb. 

Prezident xanımının mətbuat katibi isə bildirib ki, Melaniya bu söz-söhbətə son qoymaq üçün 6 iyunda jurnalistlərin qarşısına çıxacaq. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ