SON DƏQİQƏ

Putinə suallar: Krım, növbəti prezidentlik, "çar olması" və yarıçılpaq şəkilləri barədə

Tarix:6-06-2018, 12:59

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü Avstriyaya səfərindən əvvəl bu ölkənin ORF kanalına müsahibə verib.

Jurnalist Armin Wolf, Rusiya prezidentini çar hesab edənlərin fikrilə razı olub-olmadığını, prezidentin köynəksiz şəkilləri, Donbas üzərində Malayziya təyyasinin vurulması və Krımın ilhaqı ilə maraqlanıb.

MH17 reysi barədə

Müsahibə gedişatında Vladimir Putin 2014-cü ildə Hollandiyadan Malayziyaya yollanarkən Donbas üzərində qəzaya uğrayan MH17 reysinin Rusiyanın BUK raketilə vurulması barədə beynəlxalq təhqiqat komissiyasının nəticəsini rədd edib.

Jurnalist Armin Wolf deyib ki, BUK raketlərinin Rusiyadan bölgəyə gətirilməsi telefon danışıqları, şahidlərin ifadəsi, videogörüntülər kimi dəlillərlə təsdiqlənir.

"...Siz artıq bir ildir ki, bunun həqiqətə uyğun olmadığını deyirsiniz, lakin praktiki olaraq buna heç kimin inanmadığını demək olar".

Vladimir Putin Donbas bölgəsindəki bütün qüvvələrin Rusiya silahından istifadə etdiyinə əsaslanaraq Rusiyanın təqsirkar olduğu ilə razılaşmayıb.

O, həmçinin ölkəsinin araşdırmada iştirakına icazə verilmədiyini və Malayziyanın Rusiyanı təqsirkar hesab etmədiyini vurğulayıb.

Krımın ilhaqı barədə

Müxbir soruşub ki, Krımda nişansız hərbçilərin Rusiya əsgərləri olduğunu inkar edən Moskva daha sonra bunu etiraf edib.

"...Əvvəlcədən inkar etdiyinizə rəğmən, daha sonra əsgərlərin Rusiya ordusunun nümayəndələri olduğunu dəfələrlə etiraf etmisiniz. Axı sizə bu dəfə niyə inanmalıyıq ki?"

Rusiya lideri cavabında Krımda həmişə Rusiya ordusunun olduğunu vurğulayıb.

"...Mən istəyirəm ki, siz bəzi şeyləri mexaniki təkrar etməyib, orada baş verənləri doğrudan da anlayasınız. Krımda həmişə Rusiya ordusu olub. Bizim hərbi kontingentimiz olub".

Vladimir Putin Krımdan əvvəl Ukraynada baş verən hadisələrin antikonstitusiya hərbi çevriliş və hakimiyyətin ələ çevrilməsi kimi dəyərləndirib.

Söhbət əsnasında Vladimir Putin bir neçə dəfə sözünün kəsilməsinə etiraz edib, fikrini tamamlamağa imkan verilməsini istəyib.

"Rusiya Krımın Ukraynaya verilməsi üçün nə etməlidir?" sualını cavablandıran Putin deyib ki, "belə bir şərait yoxdur və ola da bilməz."

Putin çardımı?

Putinin 18 il hakimiyyətdə qalıb ölkəni avtoritar sistemə çevirdiyini deyən avstriyalı müxbir soruşub ki, Putinin çar olduğunu deyənlər haqlıdırmı?

Putin bu suala mənfi cavab verib. O, deyib ki, iki illik müddətini başa vurduqdan sonra baş nazir işləyib və daha sonra yenidən prezident seçilib.

"...Bu əlbəttə düzgün deyil və heç bir həqiqətə uyğun deyil, çünki, bizim demokratik dövlətimiz var və hamımız mövcud konstitusiya çərçivəsində yaşayırıq".

Köynəksiz şəkilləri barədə

Müxbir daha sonra Vladimir Putinin yarıçılpaq şəkilləri barədə soruşub. O deyib ki, başqa ölkələrdə bu kimi şəkilləri paparazzilər çəkirsə Rusiyada onlar Kreml tərəfindən yayılır.

Putin bu suala cavabında istirahət vaxtı belə şəkillərin çəkilməsində pis şey görmədiyini deyib.

"Siz "yarıçılpaq", Allaha şükür ki, "çılpaq" demədiniz."

"Mən istirahət edəndə kolluqların arxasında gizlənməyə ehtiyac görmürəm və bunda elə bir pis şey yoxdur".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ