SON DƏQİQƏ

#OlegSentsovuXilasEt kampaniyası başlanır

Tarix:1-06-2018, 14:25

İyunun 1-2-də ukraynalı kinorejissor Oleh Sentsov-un azadlığa buraxılması üçün qlobal kampaniya keçirilir.

Moskvanın 2014-cü ildə Krımı ilhaqına qarşı çıxan Sentsov hazırda Rusiya həbsxanasında aclıq edir.

PUTİN-Ə QIRMIZI VƏRƏQƏ

#OlegSentsovuXilasEt (#SaveOlegSentsov) kampaniyasını eyni adlı qrup təşkil edir. Bu kampaniya Rusiyada bu ay keçiriləcək futbol çempionatından öncəyə salınıb.

Qrup mayın 22-də Twitter-də belə bir kampaniyanın təşkil olunacağını açıqlayıb.

Qrafika
Qrafika

Krım sakini olan Sentsov terrorçuluq ittihamları ilə 20 illik həbsə məhkum edilib. Özü və insan haqları qrupları ittihamları siyasi motivli sayırlar.

"Dünyanın müxtəlif şəhərlərində Rusiya Prezidenti Vladimir Putin rejiminə qırmızı vərəqə göstərəcəyik. O, insanları qanunsuz olaraq həbsdə saxlayır”, – qrup bildirib.

Uzaq Yamalo-Nenets Muxtar Regionunda saxlanan Sentsov mayın 14-də aclıq aksiyasına başladığını bildirib. O, Rusiyada siyasi məhbus saydığı 64 ukraynalının buraxılmasını tələb edir.

SONADƏK GEDƏN ADAM

Siyasətçi Ksenia Sobchak "Current Time TV”yə deyib ki, mayın 31-də Sentsov-la video bağlantıyla danışıb və onu aclığı dayandırmaq üçün dilə tutub, amma o imtina edib.

"Mübadilədə maraqlı deyiləm. Qərar verdim, bu haqda uzun müddət düşündüm. Sonadək gedən adamam”, – Sobchak bunları Sentsov-un ona dediyini bildirir.

"Çox solğun görünür, çox arıqlayıb, yanaqları çox solğundur. Ancaq qərarında çox əmindir”, – Sobchak bildirib.

41 yaşlı Sentsov 2014-cü ilin mayında saxlanıb, Krımdakı rusiyapərəst təşkilatları bombalamağı planlaşdırmaqda şübhəli bilinib. Rusiyada məhkəmə həmin ilin avqustunda onu çoxsaylı terrorçuluq ittihamlarında təqsirli bilib.

Bütün ittihamları rədd edən Sentsov "işğalçıların məhkəməsinin təyinatı üzrə ədalətli ola bilməyəcəyini” vurğulayıb.

Rusiyanın tanınmış insan haqları qrupu olan Memorial Sentsov-u siyasi məhbus sayıb, beynəlxalq insan haqları təşkilatları da onun azadlığa buraxılması üçün çağırışlar edib.

Rusiyanın Krımdakı hakimiyyətinin saxladığı kiyevpərəst fəal Volodymyr Balukh artıq iki aya yaxındır aclıq aksiyası keçirir. Ona qarşı ittihamlarda da siyasi motivli sayılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ