SON DƏQİQƏ

Vaşinqton alüminium və polad idxalına yeni gömrük rüsumlarının tətbiqinə başlayır

Tarix:1-06-2018, 12:32

Vaşinqton iki aylıq istisna müddətinin bitməsi ilə bağlı Kanada, Meksika və Avropa İttifaqından alüminium və polad idxalına yeni gömrük rüsumlarının tətbiqinə başlayır.

ABŞ-ın ticarət naziri Uilbur Ross deyib ki, iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan idxal olunan polada 25, alüminiuma isə 10 faizlik əlavə rüsum qoyulacaq.

Ross deyib ki, ABŞ bu barədə Kanada, Meksika və Avropa İttifaqı ilə danışıqlarını davam etdirəcək, "çünki həllini gözləyən başqa məsələlər də var”.

Lakin Fransa prezidenti Emmanuel Makron Vaşinqtonla danışıqlar təklifini rədd edərək, Trampın ABŞ-ın mürttəfiqləri üzərinə rüsumlar qoymaq qərarını "başqa danışıqların qapısını mahiyyət etibarilə bağlayır”- deyə, bildirib.

Trampla telefon söhbəti edəcəyini deyən Makron ABŞ-ın qərarını "qanunsuz” və "yanlış” adlandırıb.

Rossun bəyanatından sonra maliyyə bazarlarındakı eniş onu göstərir ki, Trampın qərarı Qərb müttəfiqləri arasında "ticarət müharibəsinə” səbəb ola bilər.

Avropa Komissiyasının prezidenti jan-Klod Yunker deyib ki, Avropa İttifaqının ABŞ-ın qərarına "əks-tədbirləri” qarşıdan gələn saatlarda elan ediləcək.

O bildirib ki,, ABŞ-ın rüsumları "aydın və aşkar şəkildə proteksionizmdən başqa bir şey deyil”.

Avropa İttifaqının kommersiya komissarı Cecilia Malmstrom deyib ki, Brüssel bu məsələni Dünya Ticarət Təşkilatında çəkişməyə çıxarmağa hazırdır.

Britaniya Vaşinqtonun rüsumlar barədə bəyanatının "dərin məyusluq” yaratdığını deyib.

Hökumət sözçüsü deyib ki, Birləşmiş Krallıq və Avropa İttifaqı ABŞ-ın yaxın müttəfiqləri kimi tariflərdən birdəfəlik və tamamilə istisna edilməlidir.

Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqının qərarı "ağıllı, qətiyyətli və həmrəy” olacaq.

Meksika hökuməti ABŞ-dan idxal olunan mallara əlavə rüsum qoyulacağı və bu rüsumun ABŞ rüsumlarından dəyən ziyanının ödəməsinə hesablanağını bəyan edib.

Kanadanın baş naziri Castin Trudo ABŞ-ın rüsum qərarını "qeyri-məqbul” adlandıraraq Kanadanın buna qarşı özünün əks-tədbirlərini tətbiq edəcəyini bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ