SON DƏQİQƏ

Əli Kərimliyə Rusiyadan pullar bu cür gəlib - şok detallar

Tarix:31-05-2018, 14:28

Əli Kərimli özünün macəraçı siyasəti ilə ətrafındakı insanlara fəlakət gətirməkdə davam edir. Bu dəfə onun "yandırdığı" şəxslər Moskvada yaşayan azərbaycanlı Rüstəmov Saleh Məhərrəm oğlu və onun yaxın qohumu Rüstəmli Vidadi Valeh oğludur. Onlar həyatlarını və azadlıqlarını heçə sayaraq, Əli Kərimlinin yalnız özünə və ailəsinə fayda gətirən siyasətinə dəstək üçün külli miqdarda vəsait toplayaraq, aşağıda göstərəcəyimiz sxem üzrə Bakıya göndəriblər. Hazırda Rüstəmovlar narkotik ittihamı Azərbaycan həbsxanalarında istintaq altındadırlar. Rəsmi ittiham bir yana, lakin aydın məsələdir ki, onlar Əli Kərimliyə doğru yönəltdikləri qeyri -qanuni və illeqal para transferlərinə görə hədəfə gəliblər. 

Bu barədə musavat.com -a açıqlama verən mötəbər mənbənin söylədiklərindən də ciddi qənaət hasil olur. Mənbəmiz Əli Kərimlinin rahatlığı və komfortu üçün xarici ölkədən, Rusiyadan gələn pul axını haqda bunları deyib: 
"Hər iki şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal üzvləri olub. S. Rüstəmovun həmin qurumun Rusiyada əlaqələndiricisi kimi partiyanın fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə şəbəkə formalaşdırıb.
Saleh Rüstəmov 2012-ci ildə Moskvaya gedib Qənimət Zahidin təklifi ilə Rusiyada yaşayan keçmiş AXCP üzvləri ilə əlaqələr yaradaraq onlar arasında partiyanın Azərbaycandakı fəaliyyətinin maliyyələşdirilməsi üçün pul vəsaitləri ayırmalarına dair təbliğat aparıb. Bu barədə "Azərbaycan saatı” verilişində də elan yerləşdirilib.

2016-cı ilin mart ayından etibarən Moskvada özünün ticarət qurumunda tabeliyində işləyən Jenya Adolfovanın adına «Sberbank»-da hesab açaraq, hər ay qeyd olunan hesaba yığılmış 30.000 dollar məbləğində pulu «həvalə» yolu ilə Hüseynov Ceyhun Hüseyn oğlu, İsgəndərov Rauf Sahib oğlu, Əhmədov Heydər Yaşar oğlu, Mehdixanov Tural Ədalət oğlu vasitəsilə Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb.

V. Rüstəmli pulu AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğluna verib. Pul qəbul olunduqdan sonra Əli Kərimli ona "WhatsApp” proqramı vasitəsilə "bəy, sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib. Yığılan pullar çoxaldıqca həmin puldan Qənimət Zahid üçün də hər ay rəhbəri olduğu televiziya kanalının saxlanılmasından ötrü 2.000-2.500 ABŞ dolları göndərib.

Bu əldən-ələ üsulu ilə 2016-cı ilin martından 2018-ci ilin martına kimi ümumilikdə Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib. 2018-ci ilin mart ayında həmçinin Bakıda keçirilən mitinqlərdə istifadə məqsədilə Polşada yaşayan qardaşı oğlu Sayqın Rüstəmov vasitəsilə bir ədəd mikrofon, bir ədəd videokamera, bir ədəd kalonka aldıraraq Vidadi Rüstəmli tərəfindən AXCP üzvü Təzəxan Mirələmliyə çatdırıb". 

Qeyd edək ki, Saleh Rüstəmov 1989-cu ildən AXCP üzvüdür. 1992-1993-cü illərdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. Vaxtilə vətənpərvərliyi ilə seçilən milli azadlıq hərəkatının gənc üzvlərindən olub. Sonradan Moskvaya köçüb və orada yaşayıb. Sosial şəbəkələrdə və mediada heç bir aktivliyi olmaylb. Lakin faktlar onu göstərir ki, Əli Kərimli və onun komfortu üçün maddi vəsaitlərin toplanmasında çoxlarından fəal olub.

Bəs bu insanların bunca fədakarlıq və risk edərək, Azərbaycan qanunlarını pozaraq siyasi bir liderə yolladıqları həmin böyük vəsaitləri Əli Kərimli nə edib?

Əli Kərimli pul ile ilgili görsel sonucu

Bundan əvvəl də yazdığımlz kimi, təsbit olunub ki, Əli Kərimli kənardan yardım adı ilə daxil olan bütün vəsaitləri özünün kontroluna alaraq, bu barədə təşkilatdakı ən yaxınlarına belə düzgün məlumat vermədən, xüsusi məqsədlər üçün xərcləyib. Zillət və yoxsulluq içində yaşayan sıravi və funksioner cəbhəçilərin heç bir ehtiyacları qarşılanmadığı halda, həmin pullar AXCP sədrinin İngiltərədə yaşayan ailə üzvlərinin təminatlı yaşam tərzini təmin etmək üçün xərclənib.

Bu faktlar ortaya çıxandan və hər ay 30 min $ vəsaitin Əli Kərimlinin əlindən keçdiyini, üstəlik, bu əlin də onlara heç nə vermədiyini biləndən sonra sıravi cəbhəçilər və partiya funksionerləri üsyan vəziyyətindədirlər. Bu proses gədəbəyli Rüstəmovları xərcləsə də, Əli Kərimlinin acgöz və namərd simasını bir daha açaraq, ortaya qoyub. O, özünün və ailəsinin komfortunu hər şeydən və hər kəsdən üstün tutur və bu uğurda böyük paralarla yanaşı, çevrəsindəki hər kəsi xərcləməyə hazırdır.

dolarlar ile ilgili görsel sonucu

AXCP-dəki mənbəmiz deyir ki, onsuz da partiyadaxili mənəvi durum və moral çox pis durumda idi. Bu fakt ortaya çıxdıqdan sonra, vəziyyət daha da bərbad günə düşüb. Bu, özünü 28 Mayla əlaqədar tədbirdə də göstərdi. Bu yerdə AXCP funksionerini dinləyək: "Təşkilat daxilində narazılıq var ki, bu qədər vəsaiti təkbaşına yeyirmiş, kasıb üzvlərdən də hər ay 2 manat, 3 manat pul yığırmış ki, partiyaya kömək lazımdır. 28 May Novxanı tədbirində da əməlli-başlı biabirçilıq oldu. Üzvlərin bir hissəsi qatılmadı, bir hissəsi də tədbiri yarımçıq tərk etdi. Hazırda bizdə əhval-ruhiyyə bədbin, liderə inam "0" səviyyəsindədir. Əli Kərimli rəsmən bitmiş hesab oluna bilər".

Beləliklə, ətrafındakılara bütün mənada ancaq zərər verməklə fərqlənən AXCP sədrinin gerçək siması bu dəfə onu sevən və zombilər kimi tabe olan partiya üzvlərinə, tərəfdarlarına da açıldı. Bu simanın çirkin mahiyyətini və təhıükəsini kənardakılar bilirdi. Bu dəfə məlumatlanmaq növbəsi onun ən yaxınlarınındır...

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ