SON DƏQİQƏ

“10 ildir utandığımdan seçicilərimlə görüşmürəm” – İbrahimli hökuməti tənqid etdi

Tarix:31-05-2018, 14:21

"2017- ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldilib. Müəllim olan, lakin əlillik dərəcəsi daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır. Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin”.

  "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qənirə Paşayeva deyib.

 

Müzakirələrdə çıxış edən deputat Fəzail İbrahimli isə öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, "gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çağırıb.

 

"Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır. Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki, qazla təmin etmək lazımdır.

 

Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ