SON DƏQİQƏ

"Putinin qəbri üstündə rəqs edərək “Abrams” tankı ilə selfi edəndən sonra..."

Tarix:31-05-2018, 12:15

Dünya gündəmini tutmuş rusiyalı jurnalist Arkadi Babçenkonun ölümünün Ukrayna təhlükəsizlik orqanları tərəfindən quraşdırılması və jurnalistin sağ olduğu, onun qətlini təşkil edənlərdən birinin yaxalandığı haqqında məlumat verilib. 

Jurnalistin özü isə Feysbuk səhifəsində aşağıdakı statusu paylaşıb:

"Cəhənnəm olsun. Gözləməyəcəklər. Mən 96 yaşında ölməyimə söz vermişəm. Putinin qəbri üstə rəqs edib, "Tverskoy” küçəsində "Abrams” tankı ilə selfi edəcəm.  Mən buna çalışacağam. Görünür, plan belədir - hər dörd ildən bir dirilmək. İlahi, ölmək necə də bezdirib ", - Babçenko yazıb.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ