SON DƏQİQƏ

“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”

Tarix:21-05-2018, 23:43

Vahid Əhmədov: "Hökumətin qarşısında duran əsas məsələlərdən biri bankların sağlamlaşdırılmasıdır”
 
 
Millət vəkili Vahid Əhmədoiv  açıqlamasındabank sektoru və bu sektoru sağlamlaşdırılmasının zəruriliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. 

V.Əhmədovun sözlərinə görə, Azərbaycanda bank hələ də sadə vətətdaşlar üçün əlçatmaz olaraq qalmaqdadır:

"2016-cı ildə cənab prezident hökumətin iclasında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2016-cı ildə ən çox ziyan vuran bank sistemi olub. Mən də, Əli Məsimli də mütəmadi surətdə banklrla bağlı məsələyə toxunuruq. Bu gün də banklarla bağlı problem var. Kim deyirsə ki, bank sistemi sağlamlaşdırılıb, hesab edirəm ki,  onun fikri mövcud reallığı tam dolğun əks etdirmir. Doğrudur, bank sektoru ilə bağlı müəyyən addımlar atılır, müəyyən işlər görülür. Amma bu gün də banklar əhali üçün əlçatmaz olaraq qalır. Kreditlərin faizi yüksəkdir, müəyyən problemlər var. Bu səbəbdən də əhali banklardan istifadə edə bilmir. Xaricdə bankların özü əhali ilə işləməkdə maraqlıdır. Maraqlıdır ki, insanlar onlardan kredit götürsünlər, bizdə isə əksinədir. Bizdə insanlar banka yalvarır ki, bizə kredit ver. 

Bu gün hökumətin qarşısında duran əsas məsələlərdən biri bankların sağlamlaşdırılmasıdır”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ