SON DƏQİQƏ

ABŞ-ın Qüds səfirliyinə etiraz: Azı 41 fələstinlinin öldürüldüyü deyilir

Tarix:14-05-2018, 18:11

Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 41 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 1400 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.

Son həftələrin ən qanlı qarşıdurması hesab edilən bu hadisə ABŞ-ın Qüdsdə (Yerusəlimdə) mübahisəli səfirlik açmasından öncə baş verir.

Bu addım İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənilir.

Şərqi Qüdsü gələcək paytaxtları fələstinlilər son 6 həftə ərzində Qəzzanın islamçı Həmas idarəçiliyinin rəhbərliyi altında "Böyük Qayıdış Yürüşü" adı altında kütləvi etiraz aksiyaları keçirirlər.

İsrail bildirir ki, etirazçılar sərhəd hasarını dağıtmaq istəyirlər.

Bazar ertəsi öldürülənlər arasında uşaqlar var, azı 1400 insan yaralanıb, Həmas hökümətinin Səhiyyə Nazirliyi bildirib.

Fələstinlilər daş və alov bombalarından istifadə edirlər, İsrail hərbiyyəsi snayperlərdən istifadə edir.

İsrail ordusunun bildirdiyinə görə, "zorakı üsyanlarda" 35000 fələstinli iştirak edir.

İsrail "standard prosedurlar çərçivəsində" hərəkət etdiyini bildirir.

QəzzaFotonun müəllifiREUTERS

Mübahisə necə yaranıb?

Fələstinlilər Şərqi Qüdsü özlərinin gələcək paytaxtı sayır və ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək sayır.

Öz növbəsində, İsrail Qüdsü öz bölünməz paytaxtı hesab edir.

Prezident Trump-ön ötən il qəbul etdiyi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ABŞ-ın bu məsələdə neytrallığını pozmaqla yanaşı, beynəlxalq birliyin əksər hissəsinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin köklü problemlərindəndir.

1993-cü ilin İsrail-Fələstin sülh razılığına əsasən, Qüdsün statusu sülh danışıqlarının sonuncu mərhələlərində müzakirə olunmalıdır.

1967-ci ildən bəri İsrail Şərqi Qüdsdə 200 min yəhudinin məskunlaşdığı onlarla məskən inşa edib.

Beynəlxalq hüquq İsrail tərəfindən həmin məskənlərin yaradılmasını qanunsuz sayır, lakin İsrail bu dəyərləndirmə ilə razı deyil.

1980-ci ildə İsrail Qüdsü öz paytaxtı elan edən qanun qəbul edib. Hərçənd ki, bundan sonra, müxtəlif ölkələr səfirliklərini Qüdsdən çıxardılar.

Hər il mayın 15-də, İsrail təsis edilən gündən bir gün sonra, fələstinlilər Fəlakət gününü qeyd edirlər. Həmin gün 1948-ci ildə yüz minlərlə insan öz yaşayış yerlərindən çıxarılıb və ya evlərini tərk etməli olublar.

ABŞ-ın kiçik müvəqqəti səfirliyi bazar ertəsi artıq burada fəaliyyət göstərən ABŞ konsulluğu binasında işə başlayacaq.

Daha böyük sahə tapılandan sonra səfirliyin qalan hissəsi də Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.

Israeli police stand guard outside the US consulate that will act as the interim US embassy in Jerusalem, 13 May 2018Fotonun müəllifiGETTY IMAGES
Image captionABŞ səfirliyi müvəqqəti olaraq Qüdsdə ABŞ Konsulluğu binasında fəaliyyət göstərəcək.

Açılış mərasiminin tarixi İsrailin yaranmasının 70 illiyilə eyni vaxta düşməsi üçün qabağa çəkilib.

Açılıəş tədbirində prezident Trump-ın müraciətinin oxunacağı gözlənilir.

Ivanka Trump greets US Ambassador to Israel David Friedman (L) with her husband Jared Kushner (R) at Ben Gurion International Airport, near Tel AvivFotonun müəllifiREUTERS
Image captionİvanka Trump və onun əri Jared Kushner Ben Gurion aeroportunda ABŞ-ın İsraildəki səfiri David Friedman-ı salamlayırlar

Tədbirdə Ağ Evin müşavirləri qismində İsrailə gəlmiş İvanka Trump və Jared Kushner, eləcə də ABŞ Maliyyə naziri Steven Mnuchin və Dövlət katibinin müavini John Sullivan iştirak edəcəklər.

ABŞ səfirliyinin Qüdsə köçülməsinə Avropa İttifaqı ciddi tərzdə etirazını bildirib.

İsrailin və fələstinlilərin reaksiyası

An Israeli man wearing US flag at a march in Jerusalem. Photo: 13 May 2018Fotonun müəllifiGETTY IMAGES
Image captionİsraillilər bayram əhval-ruhiyyəsindədirlər

İsrailin Baş naziri Benjamin Netanyahu bütün ölkələri ABŞ-ın hərəkətini təkrarlamağa çağırıb.

Fələstin İdarəçiliyinin prezidenti Mahmud Abbas Trump-ın qərarını "əsrin təhqiri" adlandırıb.

Palestinian women walk next to a man wearing a US flag outside the Old City, Jerusalem, 13 MayFotonun müəllifiGETTY IMAGES

Minlərlə fələstinli bazar günü etiraz bildirmək üçün İsraili Qəzza Zolağından ayıran hasarın qarşısına toplaşıb.

Martın sonundan İsrail əsgərləri ilə toqquşmalarda 40-dan çox fələstinli öldürülüb.

BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.

İsrail təkid edir ki, qanun çərçivəsinə mülki əhalini silahlılardan qorumaq üçün tədbirlər görüb.

Palestinians in the West Bank protest against the opening of the US embassy in Jerusalem. Photo: 13 May 2018Fotonun müəllifiEPA
Image captionFələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edirlər
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ