SON DƏQİQƏ

Rusiya ‘təcrid olunmuş məzluma çevrilə bilər’

Tarix:14-05-2018, 18:07

Rusiya Avropa demokratiyalarına zərbə vurmağa, məkrli fəaliyyət və "yalanlar dumanı” ilə Qərb cəmiyyətlərinə şübhə toxumu səpməyə çalışır. Bunu Britaniyanın MI5 kəşfiyyat idarəsinin rəhbəri Andrew Parker mayın 14-də Berlində deyib.

Parker-in sözlərinə görə, Rusiya "aqressiv və çox ziyanlı hərəkətlər” edir, "təcrid olunmuş məzlum”a çevrilmək riski var.

O, Almaniyanın BfV kəşfiyyat xidmətinin toplantısında çıxış edib, MI5 rəhbəri kimi ilk ictimai çıxışıdır.

"YALAN DUMANINA İŞIQ SALMAQ”

Parker deyib ki, martda rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsi Britaniya torpağında "məqsədli və hədəfli məkrli fəaliyyət” idi və Moskva bir daha "beynəlxalq qaydaları pozmuş” olub.

Sergei Skripal-ın evi
Sergei Skripal-ın evi

London Skripal-ların zəhərlənməsinə görə Moskvanı suçlayıb. Keçmiş agent Skripal MI6-nın informatoruna çevrilmişdi.

Skripallar İngiltərənin Solsberi şəhərində huşsuz tapılmışdılar. Moskva isə bu hücumun arxasında durmadığını deyib.

Parker həmin hücumdan sonra Rusiyanın apardığı "dezinformasiya kampaniyası”nı da pisləyib. O, "yalanlar, yarımhəqiqətlər dumanına işıq salmağa” ehtiyac olduğunu vurğulayıb.

66 yaşlı Skripal hələ də xəstəxanadadır. Qızı, 33 yaşlı Yulia isə xəstəxanadan buraxılıb.

Parker beynəlxalq ictimaiyyətə insidentə birgə reaksiya verdiyi üçün təşəkkür edib. O zaman 28 Avropa ölkəsindən 18-i rusiyalı diplomatları qovmaqla Britaniyanı dəstəkləyib.

MI5 rəhbəri onu da deyib ki, Rusiyanın Ukraynanın Krım regionunu işğal və ilhaq etməsi, eləcə də Qərbdə seçkilərə müdaxiləsi qəbuledilməzdir.

Parker Britaniya Avropa Birliyindən çıxandan (Brexit) sonra da təhlükəsizlik əlaqələrinin saxlanmasının vacibliyini vurğulayıb, xəbərdarlıq edib ki, Avropaya güclü terror təhlükəsi var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ