SON DƏQİQƏ

İngilis demokratiyasının yaranması: Hüquqlar haqqında qanun

Tarix:15-12-2018, 22:40

İngiltərəni çox vaxt müasir demokratiyanın vətəni adlandırırlar.

Həqiqətən də, Avropa monarxiyaları ilə müqayisədə məhz ingilislər ardıcıl olaraq əsrlər boyu öz hökmdarlarının hakimiyyətini məhdudlaşdırıblar.

Hüquqlar haqqında qanunvericilik aktı İngiltərədə konstitusiyalı monarxiyanın formalaşmasında əhəmiyyətli mərhələlərdən biri sayılır.

Altıncı hissəHüquqlar haqqında qanunvericilik aktı

Image captionKral II James

Kral II James (taxt-taca 1685-ci ildə sahib olub) heç də ən pis adam və ən pis kral deyildi.

Onun bəxti onda gətirmədi ki, əsasən protestant olan ölkənin kralı ola-ola özü katolik idi.

Və o, öz katolikliyini ata-anasının seçimilə də əsaslandıra bilməzdi, çünki katolikliyə özü, öz iradəsilə keçmişdi.

Krallığın əhalisi bir ara bununla barışırdı, camaat düşünürdü ki, kralın oğlu yoxdur, odur ki, müəyyən müddət gözləmək də olar, ondan sonra isə taxt-taca kralın birinci nikahdan olan qızı Mary gələcək.

Mary isə nəinki, özü protestantı idi, eyni zamanda onun əri III William (William of Orange) etiqadlı protestant idi.

Lakin Modenalı Mary ( Mary of Modena) oğul övlad doğandan sonra hər şey dəyişdi.

Şayiələrin gücü

Image captionModenalı Mary oğlu ilə birgə

Protestantların kral oğluna ehtiyacı yox idi.

Körpəni katolk kimi xaç suyuna çəkmişdilər, odur ki, İngiltərəni katolik kral sülaləsi tərəfindən idarə olunmaq kimi xoşagəlməz perspektiv gözləyirdi.

VIII Henry-nin qızı I Mary-dən sonra isə (onu xalq arasında Qanlı Mary adlandırırdılar) xalq arasında katoliklərə şübhə ilə yanaşırdılar.

Daha vacibi isə bu idi ki, katolik sülalə zadəganlar zümrəsini də qane etmirdi və bu amil kral üçün daha çox narahatedici idi

İngilislər I Charles edamı və Oliver Cromwell-in ölümündən sonra monarxiyanı bərpa etsələr də, mütləqiyyət barədə bunu demək olmazdı.

Bu səbəbdən onlar kralı və onun ailəsini müzakirə etməkdən çəkinmirdilər və belə mövzuların müzakirəsinə görə edam olunacaqlarından çəkinmirdilər.

Kral II James-in aleydarları belə bir şayiə buraxdılar ki, doğulan uşaq kralın övladı deyil və kraliçanın çarpayısına gizli olaraq böyük qrelkada gətirilibmiş.

O dövrün qrelkaları uzun dəstəkli mis tavalar şəklində idi, həmin tavalara közərən kömür doldurulurdu.

Şayiələri inandırıcı etmək üçün camaat arasında kiçik bir broşüra paylanmışdı.

Həmin kitabçada guya uşağı tavaya qoyub hansı yolla kraliçanın yatağına gətirildiyi göstərilmişdi.

Image captionBröşürada güya uşağı tavaya qoyub hansı yolla kraliçanın yatağına gətirildiyi göstərilmişdi.

Bu əhvalat o dərəcədə inanılmaz idi ki, xalq dərhal və həvəslə ona inandı.

Qansız inqilab

Protestantlar ehtiyat edirdilər ki, kral II James bütün əsas vəzifələrə katolikləri təyin edəcək, onlar isə, öz növbəsində, parlamentə yol tapacaqlar - bu cür parlament isə krala tabe olacaq: nəticədə, azadsevər İngiltərə yenidən Vatikanın tapdağının altına düşəcək və Avropada Fransa kralı XIV Louis-in hakimiyəti möhkəmlənəcək.

Nəticədə, 1688-ci il iyunun 30-da İngiltərənin zadəganlarını təmsil edən və aralarında qraflar, lord və yepiskop olan yeddi nüfuzlu xadim, Haaqa əsilli III William-a məktub göndərərək ondan İngiltərəyə gəlib hakimiyyəti ələ almağa təklif etdilər.

Maraqlıdır ki, həmin məktubun müəlliflərini camaat bundan sonra xəyanətkar yox, milli qəhrəman və xilaskarlar kimi dəyərləndirdi.

Image caption1688-ci il iyunun 30-da İngiltərənin zadəganlarını təmsil edən yeddi nüfuzlu xadim III William-a məktubla müraciət ediblər

Həmin yeddi nüfuzlu ingilis III William-a yazmışdır ki, onlar onu İngiltərədə hakimiyyəti ələ almağa çağırırlar, çünki "xalq hökümətdən çox narazıdır".

"Vəziyyət günü gündən pisləşir, Əlahəzrət, şübhə etməyin ki, indi hər 20 nəfərdən 19-u dəyişiklik istəyir və dəstəkləməyə hazırdır.... eləcə də, şübhə etmirik ki, aristokratlar zümrəsi də vəziyyətdən narazıdır və onların çoxu əgər Siz hərəkətə keçsəniz, Sizi dəstəkləyərdi..." - məktubda qeyd olunmuşdu.

Image captionProtestantların katoliklərlə davası birincilərin qələbəsilə başa çatıb.

III William belə bir məzmunlu məktuba müsbət cavab verməyə bilməzdi.

Bundan sonra II James Fransaya qaçır, Britaniyadasa isə qansız inqilab qalib gəlir.

İngiltərədə inqilab qansız alındısa, Şotlandiya və İrlandiyada hər şey əksinə oldu.

Həmin hadisələrin əks-sədası, Şimali İrlandiyada protestantlarla katoliklərin toqquşması hələ də özünü göstərməkdədir.

Dediyimiz kimi hökmranlıq edəcəksiniz

Image captionWilliam və Mary hakimiyyətin əsas hissəsinin parlamentə ötürülməsinə razılıq verdilər.

1689-cu ildə parlament rəsmi olaraq taxt-tacı iki şəxsə, III William-a və Mary-ə təklif etdi ki, onlar ikilikdə ölkədə hökmranlıq etsinlər.

Elə həmin ərəfədə də gələcək monarxlara "Hüquqlar haqqında bəyannaməni" oxudular. Həmin bəyannamədə rəiyyətin hüquqları və parlamentin fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan imtiyazlar sadalanıb.

Sənəddə xüsusi qeyd olunurdu ki, parlament tez-tez toplanmalı və parlament üzvlərinin söz azadlığı təmin olunmalıdır. Sənəd müəlliflərinin qənaətincə, bu şərtlər Stuart-lar tərəfindən tez-tez pozulub və nəticədə həmin sülalə belə münasibətin qurbanı olub.

Bəyannamədə öz ifadəsini tapmış hüquqlar qanuna yalnız bir neçə aydan sonra, 1689-cu ilin dekabrında çevrildi, kralın razılığı ilə parlamentin qərarı qanunvericilik akta çevrildi və beləliklə, "Hüquqlar haqqında bill" adı ilə tanınmağa başlandı.

Kral hakimiyyətinin məhdudlaşdırılması

Image captionBritaniya Parlamentinin binası - London

"Hüquqlar haqqında bill" Britaniyada indiki parlament sistemini təmin etmiş əsas və yekun sənəd hesab edilməməlidir.

Həmin sənədin birinci hissəsi, ümumiyyətlə, kral II James-in qeyri-münasib davranışına və onun devrilməsinin zəruriliyinin izahatına həsr olunub.

Lakin sənədin ikinci hissəsində mövcud və gələcək monarxlara hökumət iyerarxiyasında onların hansı yer tutacağı açıq şəkildə göstərilib.

  • Qanunun ləğvi və tətbiqi hüququ parlamentə məxsusdur.
  • Taxt-tacın qanun təsbit etmək və ya onun tətbiqini təmin etmək hüququ yoxdur.
  • Taxt-tac, parlamentin razılığı olmadan vergi tətbiq edə bilməz.
  • Vətəndaşlar məzmununa görə təqiblərdən qorxmadan krala petisiyalarla müraciət etmək hüququna malikdirlər.
  • Parlamentin razılığı olmadan sülh şəraitində ordu saxlamaq qeyri-qanuni sayılacaq.
  • Parlament azad yolla seçilməlidir.
  • Parlament üzvlərinin söz azadlığı hüququ var.
  • Bütün məhkəmələr andlı hakimlərin iştirakı ilə keçirilməlidir.
  • Hər hansı bir şəxsin mülkünü məhkəməsiz müsadirə etmək qanunsuzdur.
  • Qanunvericiliyin dəyişdirilməsi, möhkəmləndirilməsi və qorunması üçün parlament vaxtaşırı toplanmalıdır.

Konstitusiyasız ölkə?

Image captionSer Robert Wallpole Britaniyanın faktiki ilk Baş naziri

Hərdən-bir eşitmək olar ki, guya Birləşmiş Krallıq "yazılmamış" konstitusiya ölkəsidir.

Amma gerçəklik budur ki, Britaniyanın fundamental qanunları yazılıb, lakin fərqli sənədlərdə yazılıb.

Onlar parlament qanunvericiliyində, ümumi hüquqda, məhkəmə qərarlarında yazılıb və hətta ənənələr kimi də qorunur.

Birləşmiş Krallığın konstitusiyası var, olmayan isə - vahid qanunlar məcəlləsidir.

"Hüquqlar haqqında bill" 1689-cu ildən etibarən, demək olar ki, əsasən dəyişməmişdir.

Britaniyada müasir hakimiyyət sistemi də məhz bu tarixdən etibarən start götürüb.

Bir qədər sonra isə ölkəni idarə edən nazirlər kabineti institutu yaradıldı.

Hökumət nazirləri isə parlamentdə üstünlüyə malik olan partiya nümayəndələrindən seçilirdi.

Britaniyanın, faktiki olaraq, ilk Baş naziri və parlament qarşısında cavabdeh olan hökumətin başçısı funksiyasını ser Robert Wallpole 1721-ci ildə yerinə yetirməyə başlayıb.

Image captionBritaniyalılar monarxiyalarının indiki növü ilə heç vidalaşmaq istəmirlər.

1727 - 1760-cı illərdə hökmdarlıq etmiş kral II Georg-dan sonra taxt-tac hakimiyyəti və onun parlamentin qərarlarına təsiri xeyli zəiflədi.

Və bundan sonra, dünyanın qalan hissəsi öz hökmdarlarının öhdəsindən gəlməyə çalışarkən, Britaniya öz imperiyasını qurub genişləndirirdi, sənaye və maliyyə sistemini inkişaf etdirirdi, monarxlarının əlindən isə hakimiyyəti alıb onlara yalnız milləti təmsil etmək kimi rəmzi bir səlahiyyət ayırmışdı.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ