SON DƏQİQƏ

İsrail və Qəzza münaqişəsi: Qəzza rəsmiləri bazar gününün 'ən ölümcül gün' olduğunu bildirir

Tarix:17-05-2021, 12:05

Fələstin rəsmiləri bazar günü baş verən atışmaların İsrailin hücumlara başladığı gündən bəri "ən ölümcül gün" olduğunu açıqlayıblar.

Bazar günü İsrailin hava hücumları nəticəsində azı 40 nəfərin öldürüldüyü bildirilir.

İsrail ordusu fələstinli hərbçilərin ötən həftə ərzində İsrailə 3 mindən çox raket atdıqlarını deyir.

BMT-nin Baş katibi António Guterres deyib ki, gələcək döyüşlər bölgəni "qarşısıalınmaz böhrana" sala bilər.

O, "dəhşətli" şiddətə dərhal son qoyulmasına çağırıb.

2014-cü ildən bəri fələstinlilərlə İsrail arasında olan münaqişə artıq bir həftədir ki, davam edir.

İsrail aviasiyası Qəzzada beynəlxalq media nümayəndəliklərinin yerləşdiyi çoxmərtəbəli binanı şənbə günü yerləyeksan edib

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,

İsrail aviasiyası Qəzzada beynəlxalq media nümayəndəliklərinin yerləşdiyi çoxmərtəbəli binanı şənbə günü yerləyeksan edib

Şənbə günü nə baş verib?

İsrailin Baş naziri Benjamin Netanyahu İsrail tərəfindən Qəzzaya "lazım olduğu qədər" zərbə endiriləcəyini bəyan edib.

Fələstinlilər İsrail Hərbi Hava Qüvvələrinin ötən gecədən başlayaraq Qəzza zolağına intensiv hava hücumlarını etdiyini bildirib.

Reuters Qəzzadakı Səhiyyə rəsminlərinə əsasən xəbər verir ki, yeni hücumlarda ən azı dörd fələstinli öldürülüb. Yerli həkimlər ölənlər arasında nevropatoloq həkimin olduğunu bildiriblər, onun həyat yoldaşı və qızı yaralanıblar.

Fələstin tərəfinin verdiyi məlumata görə, Qəzza zolağındakı qarşıdurmanın altı günündə 41 nəfəri uşaq olmaqla ən azı 149 nəfər öldürülüb.

İsrail ikisi uşaq olmaqla, 10 nəfərin öldüyünü bildirib. İsrailin Walla portalına görə, İsrail hərbi təyyarələri Qəzza zolağının şimal və mərkəzi hissələrinə 100-dən çox hava hücumu keçirib.

İsrail hərbiyyəsinin sözçüsü Həmas tərəfindən Təl-Əvivə və ətraf ərazilərə təxminən 55 raketin atıldığını bildirib.

İsrail hərbi aviasiyası ötən gecə Qəzzada Associated Press və Al-Jazeera TV ofislərinin yerləşdiyi 12 mərtəbəli yaşayış binasını hava zərbələri nəticəsində yerləyeksan edib.

İsrail hərbçiləri binada Həmas hərəkatının kəşfiyyat qərargahının yerləşdiyini bildirib.

Associated Press binada Həmas fəaliyyətinə dair "işarə" olmadığını söyləyərək İsraili dəlil təqdim etməyə çağırıb.

İsrailin Ramat-Qan şəhərində Həmasın atdığı raketin avtomobilə dəyməsi nəticəsində bir kişi ölüb

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

İsrailin Ramat-Qan şəhərində Həmasın atdığı raketin avtomobilə dəyməsi nəticəsində bir kişi ölüb

Ağ Evin sözçüsü Jen Psaki Tvitter səhifəsində "İsraillilərə jurnalistlərin və müstəqil medianın təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifə olduğunu açıq şəkildə bildirdik" postunu paylaşıb. Şənbə gününə təyin olunmuş BMT Təhlükəsizlik Şurasında vəziyyətin müzakirəsi ərəfəsində şənbə günü ABŞ Prezidenti Joe Biden İsrail Baş naziri Benjamin Netanyahu və fələstin lideri Mahmud Abbasla telefon danışıqları aparıb.

Şənbə günü İsrail Qəzzanın qərbindəki bir qaçqın düşərgəsinə etdiyi hava hücumu nəticəsində bir ailənin 10 üzvü öldürülüb. Yalnız beş aylıq bir uşaq və atası sağ qalıblar. "Orada raket yox idi - yalnız qadınlar və uşaqlar idi," - uşağın atası Reuters-ə söyləyib.

Bir gün əvvəl London, Paris, New York və dünyanın digər şəhərlərində Fələstinliləri dəstəkləyən aksiyalar keçirildi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ