SON DƏQİQƏ

ABŞ-da müharibə əlillərinin pensiyası 4 min dollardır

Tarix:26-12-2020, 15:41

Vyetnam müharibəsi 1975-ci ildə - Qarabağda separatçı hərəkat baş qaldırandan 13 il əvvəl başa çatmışdı...

71-yaşlı amerikalı Don Rey Vyetnam müharibəsində üç il döyüşüb. Deyir ki, indiki Amerika cəmiyyəti veteranın qədrini bilir: "Avtomobilimin arxasındakı üzərinə "müharibə əlili" yazılmış lövhəni dövlət verib mənə. Bu günlərdə bir qadın sürücü maşını saxladı yanımda, dedi ki, "çox sağ ol xidmətinə görə". Amerikalılar bunu tez-tez edirlər. Hərbi formada olan şəxsə yaxınlaşıb təşəkkür bildirirlər. Vyetnam savaşından sonrakı müharibələrdən qayıdanlar daha çox qəhrəman kimi qarşılandılar".

D.Rey müharibədən posttravmatik stress pozuntusu – PTSD ilə qayıdıb, 1-ci qrup əlillik dərəcəsi var. Dövlət ona illik təqribən 50 min ABŞ dolları əlillik pensiyası verir. Amma yardım təkcə bundan ibarət deyil: "Mənim bütün tibbi xərclərim ödənir. Gözümün, dişlərimin müalicəsi və s. Əməliyyat olundum, bir qəpik də ödəmədim. Cənubi Kaliforniyanın ən yaxşı xəstəxanasında psixi müalicə alıram. Bundan başqa, daşınmaz əmlak vergisində mənə dövlət güzəşt edir. Bəzi başqa məsələlərdə də güzəşt var".

Müharibə iştirakçılarına hansı ölkə necə yardım edir?
 

No media source currently available

0:000:15:56 0:00
 

"...həm də təhsil haqqı yardımı var"

D.Rey deyir ki, müharibədən gələnlər üçün dövlət həm də peşəkar təlimlər, ali təhsil almaq imkanı yaradır. O da 14 aylıq videomontaj kursu keçib, sonra ömrü boyu beynəlxalq səviyyəli jurnalist layihələri həyata keçirib: "Veteranlar üçün güzəştli kreditlər var-bura biznes, mənzil və s. kreditlər daxildir. Bizim üçün həm də təhsil haqqı yardımı var. Mən özüm, həyat yoldaşım və oğlum dövlətdən təhsil haqqı yardımları almışıq. 70-ci illərdə universitetlər, demək olar ki, pulsuz idi, indi bu yardıma çox ehtiyac var, çünki çətindir təhsil haqqını toplamaq".

D.Rey veteran olduğu üçün indiki evini də ilkin ödənişsiz, güzəştli ipoteka ilə alıb. O, Bakıda jurnalist təlimləri keçdiyi müddətdə azərbaycanlı veteranların durumu ilə tanış olduğunu deyir: "Mən bir neçə il əvvəl Bakıda olanda müharibə əlilləri ilə müsahibə etmişdim. Onlar dövlət idarəsinin qarşısında etiraz aksiyası keçirirdi, amma onların şikayətinə baxan yox idi. Etirazçılardan biri döyüşdə ayağını itirmişdi. Hər gün gəlirdi idarənin qabağına, amma onu geri qaytarırdılar".

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ