SON DƏQİQƏ

Paşinyan müxalifəti ‘məsləhətləşməyə’ çağırır, istefa vermir

Tarix:26-12-2020, 15:14

Ermənistanın baş naziri Nikol Paşinyan parlament və parlamentdən kənardakı qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsi barədə məsləhətləşmələrə dəvət edib.

AzadlıqRadiosunun Erməni xidmətinin məlumatına görə Paşinyan bu barədə özünün Facebook səhifəsində yazıb:

"İndi artıq aşkardır ki, baş nazirin istefasını tələb edən müxalif proses xalqın dəstəyini qazana bilməyib. Müxalifətin xalqı öz tələbinin ətrafında birləşdirmək üçün bütün imkanları vardı. Müxalifətin nəhəng maliyyə, informasiya, təşkilatçılıq resursları var, onun mitinq və etiraz aksiyaları keçirmək üçün geniş imkanları var. Onlar nəinki xalqın dəstəyini təmin edə bilməyiblər, hətta onların tərəfdarlarının sayı minimuma enib və küçə etirazları prosesi yoxa çıxır. Heç kim deyə bilməz ki, biz hakimiyyəti zor gücünə saxlamışıq. Əksinə, bizi aşırı yumşaqlıqda günahlandırırlar”.

Bununla yanaşı Nikol Paşinyan vurğulayır ki, bütün bunlar şəxsən onun və komandasının "xalqın qarşısına çıxaraq cavab vermək məsuliyyətini” heç bir vəchlə dəyişmir.

 

Qərarı yalnız xalq verməlidir

O bildirir ki, baş nazir kreslosundan "ikiəlli” yapışmayıb:

"Amma mən hakimiyyətə, mənə xalq tərəfindən verilmiş baş nazir vəzifəsinə sayğısızlıq göstərə bilmərəm. Bu postun və ölkənin gələcək siyasi rəhbərliyinin taleyini yalnız xalq azad iradə ifadəsi ilə həll etməlidir. Mən isə Ermənistanın baş naziri kimi özümü bu azad ifadəetmənin qarantı hesab edirəm”.

Paşinyan yazır ki, o xalqın qərarı ilə baş nazir postunu tərk etməyə hazırdır və yalnız xalqın qərarı ilə bu vəzifəni tərk edə bilər:

"Mən həm də xalqın etimadı olduğu təqdirdə bu heç də sadə olmayan zamanda Ermənistan Respublikasına rəhbərlik etməyə hazıram. Bütün bunlardan çıxış edərək parlamentdəki və parlamentdən kənardakı maraqlı qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsinə dair məsləhətləşmələrə dəvət edirəm”.

Azatutyun yazır ki, müxalifətin ilkin tələbi Paşinyanın dərhal istefa verməsidir. Onlar bildirirlər ki, hazırkı hakimiyyətin dövründə seçki keçirilməsini istəmirlər. Müxalifətin fikrincə bu seçkinin saxtalaşdırılacağı bəllidir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ