SON DƏQİQƏ

“Toy xalqdır, adət-ənənədir, bu gün xalq olmasa, biz pul qazana bilmərik...”

Tarix:26-08-2020, 16:03

Son zamanlar kövrək açıqlamalarıyla diqqət çəkən rəqqasə Fatimə Fətəliyeva bunun karantin rejimində evdə qalmaqla əlaqəsinin olmadığını bildirib. 

Rəqqasə  açıqlamasında ümumiyyətlə, kövrək insan olduğunu deyib:

"Məni tanıyan insanlar bilir ki, çox kövrək insanam. Karantinə görə evdə qalmaqla belə olmamışam. Ona görə övladlarımdan danışarkən kövrəlirəm. Gənclərimizə səslənirəm ki, ailə quranda "yüz ölçüb, bir biçsinlər”.

F.Fətəliyeva həmkarı Oksana Rəsulovanın "toyda sənətçinin sanbalı itir” fikrinə də münasibət bildirib və bununla razılaşmadığını deyib:

"Bu Oksanının öz fikridir və hamının fikrinə hörmətlə yanaşıram. Mən də indi toya getmirəm, amma vaxtilə getmişəm və buna da və indi toya gedən rəqqasələrə də çox normal baxıram. Yəni toy xalqdır, adət-ənənədir, bu gün xalq olmasa, biz pul qazana bilmərik. Bu gün tanınmış olmaq üçün təkcə efirə çıxmaq bəs etmir. Adət-ənənə bizə qədimdən toydan gəlib. Təki toy, xoş günlər olsun, məclislərin yaraşığı olaq. Mən bir rəqqasə kimi ansamblla toylara dəvət olunuram və rəqs edirəm. Amma gənc yaşlarımda bir neçə toyda iştirak edirdim. Qurban olum Allaha, onun verdiyi ruzi-bərəkətin bəhrəsini görmüşəm, heç vaxt naşükürlük edə bilmərəm. Azərbaycanın dəyərli xalq artistləri var ki, toylarımızda çıxış edirlər, Azərbaycan və dünya rəqsləri təqdim olunur. Bu çox gözəl bir şeydir. Görün neçə aydır toy yoxdur vəziyyət necədir. Dünya ulduzları toya getmir ki? Bakının özünə də onlar dəvət edilib toylarda iştirak edirlər”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ