www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Azərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLAR

Azərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLAR

Bölmə: Şou Biznes
Azərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLAR
"“Ömür boyu yanımda olarsan?”deyə soruşdu, mən də razı oldum”

Şou-biznes Daha bir türk müğənnisi evliliyə doğru addım atır. ANS PRESS-in məlumatına görə, ölkənin cazibədar ifaçılarından biri hesab edilən Ebru Polad sevgilisi tərəfindən evlilik təklifi alıb. İfaçı bu vaxta qədər evlilikdən ən çox qorxan insan olduğunu bildirib. Ebru sevgilisinin 50 min dollarlıq üzüklə etdiyi evlilik təklifini qəbul etdiyini vurğulayıb.

“Mən evlilikdən ən çox qorxan insan idim. Amma həyatımın kişisini tapdım, artıq çox xoşbəxtəm. “Ömür boyu yanımda olarsan?”deyə soruşdu, mən də razı oldum”. E. Polad müsahibəsi zamanı onu razı salmağın çox çətin olduğunu açıqlayıb.

Qeyd edək ki, məşhur müğənni bir müddət öncə azərbaycanlı sevgilisi olduğunu açıqlamışdı. Ötən ilin sonlarında isə onunla birlikdə Dubayda istirahət edərkən öpüşmə fotolarını şəxsi İnstaqram səhifəsində paylaşıb. Daha sonra isə ona qarşı olan xəyanəti qəbul edə bilmədiyini açıqlamışdı:

"Başqa qadınla aldadılmağı həzm edə bilmərəm. Məni aldadan şəxsin bağışlanmaq şansı yoxdur. Yəqin ki, mən də aldadılmışam. Amma bir gecəlik münasibəti xəyanət saymıram. Biri məni çox sevib bir günlük başqası ilə nəsə yaşaya bilər. Bu, problem deyil. Amma həmin qadına sevgi sözləri deməməlidir. Üstəlik, onunla ikinci dəfə görüşməməlidir".
Azərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLARAzərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLARAzərbaycanlı sevgilisi olan məhşur 50 minlik üzüyə "hə" dedi- FOTOLAR