Bunu  açıqlamasında Xalq artisti Rasim Balayev bildirib. Aktyor İsraildən gətirilən həkimin müalicəsi sayəsində ayağındaki problemlərin aradan qalxdığını deyib:

"Ondan sonra səhhətim qaydasına düşüb. Həmin həkim ildə iki dəfə Azərbaycana gətirilir. Yəni o həkim İsraildən tək mənə görə gəlmir. Vaxtaşırı gəlib Bakıda qəbul keçirir, xəstələri müayinə edir. Mən Türkiyəyə gedən ərəfədə dedilər ki, getmə, İsraildən həkim gəlir”.

Rasim Balayev qeyd edib ki, israilli həkim növbəti dəfə Azərbaycana gəlsə, mütləq onun qəbuluna düşməyə çalışaçaq.

Aktyor "Səhiyyə Nazirliyindən sizə qayğı və diqqət varmı” sualına belə cavab verdi: "Səhiyyə Nazirliyi mənə nə edəcək? Səhiyyə Nazirliyi nə etdi ki? Mən həkim gələnə kimi Bakıdakı klinikaların hamısını gəzmişdim”.

Xatırladaq ki, bir müddət öncə aktyor Rasim Balayevin səhhətində problemlər yaranmışdı.