www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Şahzadə Diananın gizli eşq hekayəsi – Video

Şahzadə Diananın gizli eşq hekayəsi – Video

Bölmə: Şou Biznes, Araşdırma
Şahzadə Diananın gizli eşq hekayəsi – Video
Uels şahzadəsi Diana Frensis Spenser ömrünün son günlərində misirli milyarder Məhəmməd əl-Fayedin oğlu Dodi Fayedlə eşq yaşayırdı.
Şahzadə ilə Fayed arasında olan münasibətlər uzun müddət mediyadan gizli saxlanılsa da, “Sunday Mirror” qəzeti bu münasibətləri ifşa edib.

Həmin dövrdə qəzetin paparazzisi Fayedlə şahzadənin öpüşən yerdə fotosunu çəkmiş və qəzet rəhbərliyi bu sensasiyalı xəbərdən yarım milyon dollar qazanmışdı.

Şahzadə Diana 1997-ci ildə xeyriyyəçilik fəaliyyətinə başlayaraq xalq arasında yeni imic qazanmağa başlamışdı. Bir il əvvəl o, Şahzadə Çarlzdan boşanmışdı.

Ömrünün son günlərində Diana Fransada Fayedlə birlikdə tətilə çıxmışdı. Paparazzilər cütlüyün birlikdə fotosunu çəkmək üçün səylər göstərirdilər. Nəhayət, Diana paparazzinin əlindən təngə gəlir və Fransada “Le Mond” qəzetinə müsahibəsində Böyük Britaniya mediyasından şikayət edir. O, qeyd edir ki, əgər oğlanları olmasa idi, Böyük Britaniyanı tərk edib başqa ölkədə yaşayardı.

Diana və Fayed tətili Parisdə Fayedin atasının otelində başa vururlar. Cütlük hoteldə nahar etdikdən sonra paparazzinin gözündən yayınmaq üçün otelin yan qapısından çıxır. Sürücü avtomobili sürətlə sürərək hoteldən uzaqlaşır. Lakin, yolda dəhşətli qəza baş verir. Sürücü tuneli keçməyə çalışan zaman qəza törədir. Nəticədə sürücü də daxil olmaqla Diana və Fayed ölür. Qəzadan sağ çıxan təkcə şahzadənin cangüdəni Trevor Ris olur.

Diananın qəza nəticəsində həlak olduğu məlum olsa da, bir müddət sonra hadisənin, əslində, kral ailəsi ənənələrinə xəyanət etdiyi üçün sifarişlə törədildiyi və sifarişçinin də məhz Edinburq Hersoqu şahzadə Çarlzın atası Filipin olduğuna dair şayiələr yarandı.