www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Azərbaycanlı müğənni erotik klipini təqdim edib (VİDEO+18)

Azərbaycanlı müğənni erotik klipini təqdim edib (VİDEO+18)

Bölmə: Şou Biznes
Azərbaycanlı müğənni erotik klipini təqdim edib (VİDEO+18)
Erotik səhnələr olan kadrlar ancaq “YouTube” video paylaşım saytında yerləşdiriləcək

Şou-biznes Daha bir azərbaycanlı müğənni erotik klipinin təqdimat mərasimini keçirib. “Şeron” qrupunundan başlayan koryerası ilə tanınanmağa başlayan gənc ifaçı Sənan Əliyev sənət yoldaşlarını və media nümayəndələrini ətrafına toplayıb “Zaman” adlı mahnısına çəkilən klipini nümayiş edib. Mahnının sözləri sənətçinin özünə musiqisi isə Üzeyir Abdulcabbara aiddir. Yataq səhnələrinin yer aldığı erotik klip Art Film Pictures tərəfindən ərsəyə gəlib. Ekran işini rejissor Emil Quliyev üzərinə götürüb.

Sənan bildirib ki, klip iki variantda nümayiş olunacaq açıq-saçıq səhnələr yer alan görüntülər sosial şəbəkədə yayımlanacaq, erotik səhnələr olmayan kadrlar isə Azərbaycan televiziyalarında nümayiş ediləcək. Gənc ifaçı təqdimat mərasiminə qatılanlara təşəkkürünü bildirərək fikirlərini bölüşüb:

“Artıq 10 ildir müğənniliklə məşğulam. Bir müddət “Şeron” qrupunda fəaliyyət göstərdim. Artıq solo oxumağımın vaxtı çatıb. Fərqli bir klip ərsəyə gətirdik, klipdə erotik görüntülər var. Lakin bunun ayıb olduğunu düşünmürəm. Klip iki versiyada yayımlanacaq. Açıq-saçıq görüntülər olan “YouTube” video paylaşım saytında yerləşdiriləcək. Digəri isə televiziyalar üçün nəzərdə tutulub".

Tədbirə qatılanlar sırasında bir çox şou biznes nümayəndələri yer alıb. Onların arasında gənc ifaçı Aysel Əlizadə, Elvin Abdullayev, Abdul Xalid, Roza Zərgərli, Sevinc Musayeva, “Şeron” qrupunun üzvləri Rüstəm Zeynallı, Nicat Rəhimov, teleaparıcı Vüsalə Əlizadə, prodüser Təranə Səmədovanı qeyd etmək olar.