SON DƏQİQƏ

Türkiyədən dünyaya və Azərbaycana yayılan ağ-qara fotolar: siz də iştirak etmisinizmi?

Tarix:12-08-2020, 15:43

Son vaxtlar sosial mediada, ələlxüsus İnstagram və Twitter-yayılan #ChallengeAccepted həştəqi İstanbul Konvensiyasına dəstək kampaniyasına çevrilib.

Son illər ərzində qadınlara qarşı zorakılıq və cinayət hallarının artması nəticəsində onların bir-birlərinə dəstək əlaməti olaraq ağ-qara fotoşəkillərin paylaşımı "İstanbul Sözleşmesi yaşatır" ("İstanbul Konvensiyası yaşadır") şüarının yayılmasında ilk mərhələ olub.

Azərbaycanda bu kampaniyaya dəstək verənlər #qadinzorakiliginason həştəqindən istifadə edirlər.

Paylaşımını ötürün Instagram, 1

Paylaşımın sonu Instagram, 1

Paylaşımını ötürün Instagram, 2

Paylaşımın sonu Instagram, 2

Xaricdə də qadınların bir-birlərinə dəstək məqsədiylə yaratdığı #ChallengeAccepted trendi bir müddət sonra məşhurlar tərəfindən İstanbul Konvensiyasına dəstək vasitəsi oldu.

Paylaşımını ötürün Instagram, 3

Paylaşımın sonu Instagram, 3

#İstanbulSözleşmesiYaşatır həştəqi ilə yayılan paylaşımlarda qadınlar "Bir-birimizin yaxasına taxılan ağ-qara fotoşəkillərə bənzəmək istəmirik" fikrini bölüşürdülər.

Paylaşımını ötürün Instagram, 4

Paylaşımın sonu Instagram, 4

Dünyanın başqa yerlərində də "Qadınlar qadınları dəstəkləyir!" şüarı ilə keçirilən kampaniya da müəyyən müddətdən sonra Türkiyədəki qadın hüquqlarına əlavə dəstək gətirdi.

Türkiyə qadınlarına ən son dəstək bildirənlər arasında aktrisa Jessica Biel və müğənni Christina Aguilera da var.

Paylaşımını ötürün Instagram, 5

Paylaşımın sonu Instagram, 5

Jessica Biel ilə yanaşı qadınlara dəstəyini ifadə edən Christina Aguilera "hər yerdə qadınlara və qızlara qarşı zorakılığa son qoyaq" çağırışı ilə çıxış edib.

Paylaşımını ötürün Instagram, 6

Paylaşımın sonu Instagram, 6

Türkiyədən Arzum Onan, Gülben Ergen, Gupse Özay, Hazal Kaya, Özge Özpirinçci, Seda Sayan və Selin Şekerci kimi məşhurlar da kampaniyaya dəstək bildirirlər.

İndiyə qədər İnstagramda yayılan belə paylaşımların sayı 4 milyonu keçib.

Pınar Gültəkinin qətli ardınca kampaniya genişlənib

Türkiyənin qərbindəki Muğla bölgəsində itkin düşən 27 yaşlı universitet tələbəsi Pınar Gültekinin ötən həftə cəsədi aşkar olunub. 3 qadın Lukaşenkoya qarşı

Bu hadisə qadınlara qarşı zorakılıq və cinayət halları əleyhinə internet məkanında əks-sədanı genişləndirib. Sosial media boyunca çox sayda reaksiyalar doğurub, müxtəlif bölgələrdə etiraz çıxışları keçib, İzmirdə təşkil olunan nümayişə isə polis müdaxilə edib.

İyun ayında qadınlara qarşı 22 cinayət törədilib

"Qadınlara Qarşı Cinayətləri Dayandıracağıq" platformasının məlumatına əsasən, iyun ayında qadınlara qarşı 22 cinayət törədilib. Məlum olub ki, 5 qadının ölümü qadınlara qarşı zorakılığn nəticəsidir və 23 qadın şübhəli şəkildə ölü tapılıb.

Öldürülən 27 qadından 11-nin qətlinin səbəbləri naməlum qalır, 2 nəfərin ölümü iqtisadi səbəblərlə bağlıdır, daha 14 qadının ölümünə boşanmaq istəyi, barışmaq və ya əlaqələrdən imtina etmək qərarı səbəb olub.

Ağ-qara fotoşəkillər İstanbul Konvensiyasına necə dəstək verdi?

Qadın təşkilatları qadınlara qarşı qətl və zorakılıq hallarının qarşısının alınması üçün İstanbul Konvensiyasının tətbiqini tələb edirlər.

Son aylarda daxil olan məlumatlara görə, hökumət İstanbul Konvensiyasından imtina etmək niyyətindədir. Qadın təşkilatları buna münasibət bildirirlər.

11 may 2011-ci ildə İstanbul Konvensiyasını imzalayan ilk ölkə Türkiyə olub.

İstanbul Konvensiyası Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" (İstanbulda imzalandığı üçün çox vaxt İstanbul Konvensiyası adlandırılan) sənəddir.

Paylaşımını ötürün Twitter, 1

Paylaşımın sonu Twitter, 1

Ağ-qara fotoşəkillər ilk dəfə nə zaman paylaşılıb?

İngiliscə "challenge" sözü "meydan oxuma" mənasını da verir.

Ağ-qara fotoşəkillərlə paylaşımlar ilk dəfə 2016-cı ildə, xərçəngə qarşı məlumatlılığı artırmaq kampaniyası vaxtı ortaya çıxıb.

Son iki həftədə isə, bu, qadınların bir-birinə dəstək kampaniyası halına gəlib. ABŞ Konqresinin respublikaçı üzvü Ted Yoho-nun demokratlar partiyasından millət vəkili Alexandria Ocasio-Cortez-ə qarşı seksist təhqirləri bu təmayülə olan dəstəyi daha da gücləndirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ