www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Aybəniz Haşımovanın qızı: “Məni həyatda ən çox sevən odur”


Aybəniz Haşımovanın qızı: “Məni həyatda ən çox sevən odur”

Bölmə: Şou Biznes
Aybəniz Haşımovanın qızı: “Məni həyatda ən çox sevən odur”
Gənc müğənni, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeya ilə klip təqdimatlarının birində bir araya gəldik.

Musavat.com saytının suallarına cavab verən gənc ifaçı ilə söhbətə gələcək planlarından başladıq:

- Bir müddətdir ki, müğənnilik fəaliyyətinizə ara vermişiniz. Gələcək planlarınızda müğənniliklə məşğul olmaq varmı?

- Türkiyədə təhsil alıram, həm də çalışıram. Mənim heç vaxt ciddi müğənnilik fəaliyyətim olmayıb, oxumağa hobbi kimi baxmışam. Müğənniliyi sevdiyim üçün tam uzaqlaşmamışam, lazım olanda mahnılar yazdırıram. Hələ ki, bir planım yoxdur, hər şeyi öz axarına buraxmışam. Qadınlarla bağlı layihə hazırlayıram, “Qadına şiddətə yox” aksiyası edəcəyəm. Tezliklə layihəm təqdim olunacaq.

- Eyni zamanda Aybəniz Haşımovanın “O səs Türkiyə” müsabiqəsinə qatılan tələbələrinə dəstək olursunuz, onların prodüseri rolunu oynayırsınız. Aynişan nə zamansa prodüser kimi fəaliyyət göstərə bilər?

- Mən anamın tələbələrinə dəstək olmağı özümə borc bilirəm. Tanımadığım biri də dəstək olmağım üçün mənə müraciət etsə, ona kömək edərəm. Onlara prodüser kimi yanaşmıram, bir bacı kimi yanaşıram, anamın onları qoruduğu kimi qorumaq istəyirəm. Çünki mən də o müsabiqəyə qatılmışam. Təcrübəmdən bilirəm ki, insan necə həyəcanlı olur, o zaman nələr ona pis təsir edir. Nə zamansa prodüserlik edəcəyimi bilmirəm. Bu qayğıkeşlik mənə anamdan keçib.

- Bir çox müsabiqələrə qatılmısınız. Yenidən “Eurovision” müsabiqəsinin seçimlərinə qatılmaq istəyrsiniz?

- Çox səmimi deyirəm, elə bir istəyim yoxdur. Gərək gördüyüm işə həvəsim olsun. O vaxt müsabiqəyə böyük marağım var idi. Ona görə də seçim turlarına qatıldım. Indi o həvəsim yoxdur.

- Adətən “Eurovision”da ölkəmizi təmsil edən xanımların geyimləri müzakirələrə səbəb olur, açıq-saçıq geyindikləri üçün qınanırlar. Aynişan müsabiqədə iştirak etsə, açıq-saçıq geyimlə bağlı tərəddüdləri olarmı?

- Həmişə iştirakçıları geyiminə görə qınayırlar. Bunu etmək lazım deyil. İştirakçıların öz qərarları deyil, onların üzərində stilistlər işləyir. Adi seçim turunda bizimlə müqavilə bağlanmışdı. Orada deyilirdi ki, imicimizdə dəyişiklik etməyəcəyik, onların hər dediyi ilə razılaşacağıq. Geyimlə bağlı nə isə deyə bilmirəm.

- Sizin üzərinizdə bir də Aybəniz Haşımova ağırlığı var...

- İnsanlar həm atama, həm də anama görə mənə qarşı çox tələbkardırlar. Çox şükür hərəkətlərimə daim diqqət edirəm. haradasa yanlış hərəkətim olubsa, saflıqdan irəli gəlib, düşünməmişəm. İnsan uşaq yaşlarında dərin düşünmür və səhvlər edir. Böyüdükcə anlayırsan və addımlarında daha diqqətli olursan. Etdiyim səhvlər uşaqlığımla əlaqəlidir. Əsas odur ki, indi qlobal səhvlər etməyim. Müsabiqədəki geyimlərə gəldikdə isə, bir daha demək istəyirəm ki, o iştirakçıların seçimi olmur. Deyiləni edirlər. Müsabiqəyə təmsilçimizi hazırlayan komanda da nəyi yaxşı hesab edirsə, onu hazırlayır. “Eurovision” iştirakçılarını qınamaq lazım deyil. Çünki o zaman onların ruhu, həvəsi ölür.

- Bəs, Aybəniz xanımın qızına qoyduğu qadağalar varmı?

- Anam həmişə düzgün nədirsə onu mənə məsləhət görüb. Bir var, övlada qadağa qoyursan, amma açıqlamasını vermirsən. Bir də var, hər şeyi ona detallı başa salırsan. Mənim anam hər zaman verdiyi məsləhətin, qoyduğu qadağanın açıqlamasını verib, başa salıb ki, nəyi niyə etmək olmaz. Mən də anlamışam ki, anam məni hamıdan çox istəyir və başıma pis hadisə gəlməsini istəməz.

- Bəzən nişanlanmağınız haqqında xəbərlər yayılır. Sonra məlum olur ki, əsassız xəbərdir. Aynişan nə zaman ailə qurmağı düşünür?

- Mənim yaşım hələ ki, ailə qurmaq haqda düşünməyə imkan verir. Əsas odur ki, ürəyində şübhə olmadan, tam əminliklə qarşındakı şəxslə həyatını birləşdirəsən. İstəyirəm ki, ən gözəl zamanda, ən doğru şəxslə ailə qurum.