SON DƏQİQƏ

“Anarın yoxuluğuyla komandamızın heç bir üzvü hələ də barışa bilmir...”

Tarix:20-07-2020, 11:42

"Onun haqqında danışmaq çox çətindir. Anarın yoxuluğuyla komandamızın heç bir üzvü hələ də barışa bilmir”

Bunu açıqlamasında "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov, "Bakılı oğlanlar” komandasının kapitanı olmuş mərhum Anar Məmmədxanov haqda danışarkən deyib. T.İmanov Anar Məmmədxanovun KVN-də qoyduğu qanunların indiyə kimi işlədiyini bildirib: 

"Anar yaşasaydı, bu gün əlli yaşı tamam olacaqdı. Onun haqqında danışmaq çox çətindir. Anarın yoxluğuyla komandamızın heç bir üzvü hələ də barışa bilmir. Təbii ki, onun yerini də heç kim tuta bilməz. Çünki o, hər birimiz üçün əsl əvəzolunmaz kapitan və nümunəvi vətəndaş idi. İndiki vəziyyətdə hər dəfə Anarın yeri görünür, bilirsiniz ki, cəbhədə döyüşlər oldu. Anar həmişə bizimlədir, onun işini biz davam etdiririk. Nə qədər imkanımız var, onun adını həmişə yaşadacağıq. Onun KVN janrında qoyduğu bütün qanunlar indiyə kimi işləyir, hamısına da riayət olunur”.

Qeyd edək ki, bu gün Anar Məmmədxanovun doğum günüdür. O, 20 iyul 1970-ci ildə Bakı şəhərində anadan olub. 2011-ci il aparelin 23-də dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn edilib. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ