www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Azərbaycanlı müğənnilərin ayaqları - FOTOLAR

Azərbaycanlı müğənnilərin ayaqları - FOTOLAR

Bölmə: Şou Biznes
Azərbaycanlı müğənnilərin ayaqları - FOTOLAR

Azərbaycanlı müğənnilər ayaqlarını nümayiş etdirir Xanım ifaçılarımızın mini ətək “sevdası”
Azərbaycan şou-biznesinin qadın müğənniləri geyim tərzlərinə görə zaman-zaman qınaq obyektinə çevrilirlər. Səhnəyə çıxan xanımlarımız komplekssiz şəkildə açıq-saçıq libaslara üstünlük verirlər. Estradanın ən məşhur simaları “Sənət qurban tələb edir” deyib, yalnız tamaşaçının könlünə oxşamağa çalışırlar.
şou-biznesdə mini ətəkli xanım müğənnilər çoxluq təşkil edir. Gözəl və bəzən heç də gözəl olmayan ayaqlarını nümayiş etdirən səhnəmizin “bayanları” fanat ordusunu da məhz bu yolla toplayırlar.

Səhnəmizin ən mini geyinən simalarından biri, bəlkə də birincisi məşhur müğənni Röya Ayxandır. Ulduz xanım bu cür geyimlərə külli miqdarda pul verir. Röya nə qədər qısa geyinsə də, bu, tamaşaçılara xoş gəlir. Röya qısa ətəklərə ən çox solo konsertlərində müraciət edir. Müğənni özü də etiraf edir ki, həyat yoldaşı onun belə geyimdə səhnəyə çıxmasına narazıdır: “Mən yoldaşıma demişəm ki, geyimimə istədiyin zaman qarışa bilərsən. Amma mənim solo konsertlərimdə qısa və açıq libaslarıma narazı olma”.

Xumar Qədimova da cəsarətli geyinən xanım müğənnilərdəndir. Orijinal səsli Xumar xanım geyiminə uyğun da jestlər edir. Həzin danışıq tembirli və asta yerişli müğənni ancaq özünə yaraşan ətəklərə üstünlük verir. Bu isə əksər hallarda mini olur.

Həmişə brend və eksklüziv geyimlər seçən Nura Suri də qısa ətəklərə biganə deyil. Nura dünyanın ən məşhur xanımlarının seçdiyi libasları alır. Ideal bədən quruluşuna sahib olan Nura nə qədər mini geyinsə bir o qədər gözəl görsənir.

Qısa geyimlərə üstünlük verən müğənnilər sırasında ən çox qınaq obyektinə çevrilən Sevda Yahyayevadır. Müğənni xanımın yaradıclığı ilə yaxından tanış olanlar bilir ki, o, çox nadir hallarda uzun libaslar geyinir. Sevda həddindən artıq qısa geyinir. Müğənni özü bütün konsert proqramlarında bu cür geyindiyin etiraf edir: “Birdən əlimlə paltarımı aşağı çəkirəm. Sonra da deyirəm ki, aşağı çəkəcəkdimsə niyə geyinirdim? Mən mini ətəklərdə rahat oluram”.

Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən Safurə Əlizadə də qısa geyinənlər sırasındadır. Müğənni xanım elə müsabiqə səhnəsində də olduqca qısa və fərqli geyimdə idi. Dünya arenasına iddialı olan Safurə düşünür ki, əsl ulduzlar komplekssiz olmalıdır. Uca boyu ilə diqqət cəlb edən Əlizadə mini ətəkdə çox cəlbedici görünür.

Qısa geyinənlərdən geri qalmayan və hətta onlara “5 təpik” vuran Səidə Sultanı uzun libasda görmək hər insana nəsib olmur. Şıltaq xanım kifayət qədər cəsarətli geyimləri ilə daima diqqət mərkəzindədir.

Azəri Günel də mini ətəkləri sevir. Ancaq buna baxmayaraq onu qısa libaslarda görməyə o qədər də alışmamışıq. Günel arada-sırada mini ətəklər geyinsə də, bu, ona çox yaraşır. Ancaq müğənni xanım iddia edir ki, uzun libaslarda daha kübar görünür. Bunu ifaçı xanımın çəkdirdiyi kliplərdə də görmək olar.

İddialı müğənni Zarina Məmmədova isə mini ətəklərə o qədər də meylli deyil. Adi həyatda şalvara səhnədə isə uzun libaslara üstünlük verən müğənninin mini ətəkli şəkilləri belə demək olar ki yoxdur.

Gənc ifaçı Sevinc Ağaşirinova hər zaman mini ətəkdədir. Müğənni mini libas geyinməyəndə belə çox qısa şortlara üstünlük verir.

Müğənni Elnarə Xəlilova da bəzən gözəl və ağ ayaqlarını nümayiş etdirir. Zaman keçdikcə xarici görünüşündə köklü şəkildə dəyişiklik edən Elnarə illər öncə üstünlük verdiyi geyim tərzinə qayıdır. 3 uşaq anası olan Elnarəyə mini ətək çox gözəl yaraşır.