www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » "Vermək daha izzətlidir..." - ELZADAN TƏZƏ ŞEİR

"Vermək daha izzətlidir..." - ELZADAN TƏZƏ ŞEİR

Bölmə: Şou Biznes
"Vermək daha izzətlidir..." - ELZADAN TƏZƏ ŞEİR
Əvvəlcə həyata keçirdiyi layihələrlə, son dövrdə isə daha çox yazdığı şeirlərlə qalmaqala səbəb olan Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan bu gün Moderator.az-a yeni yeni qələmə aldığı bir şeir göndərib.
"Get işinlə məşğul ol” adlanan həmin şeiri təqdim edirik:


Ömür elə qısadır ki
Get işinlə məşğul ol.
Baxışında çək şəklimi,
Ruhun təzələnsin.
Padşahlığa layiqdir
Zəhmət ilə görülən iş.
Gedişinlə, gəlişinlə,
Duruşunla.
Boşluqdan yaranır pislik,
Məşğul olsan, olmaz sizlik.
Olmaz, olmaz, təklənərik.
Qəlpələnər, səpələnirik.
Sipərlənək, üzək, üzək,
Vətənimizə, yurdumuza.
Qovuşa-qovuşa.
Gəl öp məni
Məşhur olaq.
Özünə iş tapa bilməyən
Bədbəxt adam.
Uca olar həmişə başın
Ləyaqətlə
İşini yerinə yetirsən.
Söyürəm səni
Get işinlə məşğul ol!
Mənə sözündə təpki ol
Öz sözündə əski ol
Ona sözündə əskiy ol
Tənbəl adam
İşin sözdə
Zəhmətsevər insanların
İşi əməldə.
Et qalmasın
Qəm əldə.
Bilmək istəyirsən kimsən?
İşinə bax.
Qarışqa ol
Önünə bax.
Bəhanələr var isə
Hakim ol gördüyün işə.
Olsan fəaliyyətdə
Olmazsam cahiliyyətdə
Şikayət etməkdənsə
Axmaq adam,
Tənbəl adam,
Yaramaz adam,
Oravı qaşı, buravı qaşı.
İşin yoxsa
Get nənəvin, babavın
Qaşı, qaşı.
Qazanı aşı,
Üzüyü qaşı tanıdar.
Üksüyü sapı qaraldar.
Sən də saplan öz iynənə.
Zolaq olaq, corab olaq.
Qonaq olaq
Tozanaq olaq.
Cukka, cuka, cakka cuka
Cukkada, cukka, cukka cuka
Cukkada, cukkada
Rakkada cukkada.
Gəl kökümüzlə məşğul olaq
Adam olaq.
Tikək, tikək, tikək, tikək
Yıxaq, yıxaq, yıxaq, yıxaq.
Vuraq, vuraq, vuraq, vuraq.
Qol gücündə çiyinlərin
Gəl işimizlə məşğul olaq.
Səni elə günə salaram ki
Etdiklərim nə idi ki?
Getdiyim bu sulardakı
Gəmi idi ki.
Vermək almaqdan daha izzətlidir
Gülmək ağlamaqdan şərafətlidir
Sevmək sevilməkdən lətafətlidir
Susmaq danışmaqdan kəramətlidir
Bəzən çox vaxt dinləmək, dinlətmək
Ləyaqətlidir.
Atalarımız deyiblər
Yaşınla,
Ağ başınla,
Sirdaşınla
Get işinlə işıqlı ol.
Ağıllı ol.
Get işinlə məşğul ol!!!