SON DƏQİQƏ

Milyonçunun xanımı zəngin ər cəlb etməyin yollarını açıqladı - FOTO

Tarix:11-06-2020, 13:27

Milyonçu xanımı olan isveçli bloqer Anna Bey zahiri görünüş və davranış tərzi ilə zəngin ər tapmağın yollarını öyrədib.

Onun üsullarını "Daily Mail” nəşri paylaşıb.

34 yaşlı A.Bey qeyd edib ki, kişi ilk növbədə xarici görünüşə və qadının geyiminə diqqət yetirir:
"İndi çox sayda üslub var və qadınlar, adətən, kimin üçün bəzəndiklərini unudurlar”.

 

Bloqerin sözlərinə görə, obraz seçərkən qadın diqqətini cəlb etmək istədiyi şəxs barədə düşünməlidir. Bu səbəbdən qadına xas xüsusiyyətləri nümayiş etdirən daha incə məqamlara diqqət yetirilməlidir.

Bundan başqa, qadın seçdiyi geyimdə özünü rahat hiss etməlidir:

"Bu səbəbdən özünüzü əmin hiss etdiyiniz və qarşı tərəfin bəyəndiyi geyimlər arasında balans yaratmalısınız”.

Hədəfə çatmaq üçün A.Bey qadınlara özlərini soyuq aparmağı və əlçatmaz görünməyi tövsiyə edib.

O, qadınlara xas görünüşlə bağlı da məsləhətlər verib:

"Əgər qadın kimi gözəl bədən quruluşunuz varsa, bunu vurğulayın, yoxdursa, bunun üzərində çalışın”, - deyə, xanım bloqer sözlərini yekunlaşdırıb.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ