www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Sevda Yəhyayevanın ölüm xəbəri yayıldı

Sevda Yəhyayevanın ölüm xəbəri yayıldı

Bölmə: Şou Biznes
Sevda Yəhyayevanın ölüm xəbəri yayıldı
Müğənni Sevda Yəhyayevanın vəfat etməsi barədə xəbər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Şayiəyə görə, sənətçi iki gün əvvəl avtomobil qəzası keçirərək dünyasını dəyişib.

S.Yəhyayeva mövzü ilə bağlı açıqlama yayaraq məsələyə aydınlıq gətirib:

“İki gündür ki, telefona tanıdığımız-tanımadığımız çox saylı insan zəng vurur. Bu zənglər sosial şəbəkələrdə mənim haqqımda qəza keçirməyimin və ölüm xəbərimin yayılması ilə əlaqədardır. Bu yalan xəbəri kim yayıbsa, ayıb olsun. Allaha çox şükür ki, sağ-salamatam”.