www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Ən seksual qız yeni sevgilisiylə (FOTO)


Ən seksual qız yeni sevgilisiylə (FOTO)

Bölmə: Şou Biznes
Ən seksual qız yeni sevgilisiylə (FOTO)

Şeyk dənizdə sevgilisi ilə səmimi görüntülər verib.

Dünyanın ən yaxşı futbolçularından biri olan Kriştianu Ronaldonun eks sevgilisi olan rus gözəl İrina Şeyk paparazilər tərəfindən yaxalanıb

ANS PRESS-in məlumatına görə, model İrina Şeyk sevgilisi aktyor Bredli Kuper ilə istirahətləri davam edir. Tanınmış cütlük çimərliklərin birində görünüb. Cütlük ətraflarında olan heç kimə fikir verməyərək əyləncənin dadını çıxarıblar.



40 yaşındaki Bredli Kuper 29 yaşındaki model ilə ötən həftə Parisdə istirahət edən zamanı görünüb. İrina Şeykin eks sevgilisi “Real Madridin” portuqaliyalı ulduzu Kriştianu Ronaldo olub. Onlar 5 il sevgili olublar. Nümunəvi cütlük hesab edilən sevgililər bu ilin əvvəlində ayrılıblar. İddiaya görə, onların ayrılmasına səbəb xəyanət və futbolçunun anasının rus modeli sevməməsi olub.
Əslən Rusiyadan olan İrina Şeyk dünyanaın ən gözəl modellərindən biri hesab edilir.