SON DƏQİQƏ

Səhər Tabar: İranlı Instagram ulduzu küfr ittihamı ilə tutulub

Tarix:12-10-2019, 16:43

İranda amerikalı aktrisa Angelina Jolie-yə bənzəmək üçün dəfələrlə kosmetik əməliyyat keçirdiyi iddia edilən Səhər Tabar adlı Instagram ulduzu həbs olunub.

Tasnim xəbər agentliyinin məlumatına görə, Səhər Tabar "dini təhqir etmək", "əxlaqsızlıq təşviq etmək" və "İranda İslam geyim qaydasını təhqir etməkdə" günahlandırılıb.

Agentliyin xəbərinə görə, paytaxt Tehranda bəzi insanlar Səhər Tabardan bir dini quruma şikayət ediblər.

21 yaşlı Tabar əvvəllər Angelina Jolie-yə bənzəmək istədiyi iddialarını rədd edib və sosial media hesablarında olan şəkillərinin çoxunun "makiyaj və fotoşop" olduğunu söyləmişdi.

Tabar burnu və dodağında plastik əməliyyat keçirdiyini etiraf edib.

Səhər TabarFotonun müəllifiINSTAGRAM / SAHAR TABAR
Image captionSəhər Tabar

Instagram hesabı qapadılıb

Səhər Tabarın Instaqramda milyonlarla izləyicisi var.

Həbs olunduqdan sonra Tabarın Instaqram hesabı bağlanıb.

İranda bəzi sosial media istifadəçiləri Tabarın həbsinə görə rəsmilərə etiraz bildiriblər.

İqtidar tənqidçilərindən biri istehza ilə Twitter səhifəsində yazıb ki, Tabar, görünür, qətl və mənimsəmə kimi daha az təhlükəli fəaliyyətlə məşğul olmalı imiş.

Səhər TabarFotonun müəllifiINSTAGRAM / SAHAR TABAR
Image captionSəhər Tabar

Məlumdur ki, son illərdə İranda plastik əməliyyat keçirənlərin sayında ciddi artım olub.

Ölkə parlamentinin Sosial Komissiyasının üzvü Rəsul Xəzri bu il verdiyi açıqlamada bildirib ki, "İranda kosmetik əməliyyatlar miqdarı Avropa ölkələriylə müqayisədə beşqat daha çoxdur."

Onun sözlərinə görə, İranda kosmetik əməliyyatdan keçmək üçün bütün dünyadan xarici vətəndaşlar İrana gəlir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ