SON DƏQİQƏ

Tanınmış aparıcı: “Gecə verilişində açıq-saçıq geyinmək olar” - FOTOLAR +

Tarix:14-10-2018, 00:17



Mələk Heydərova 31 mart 1989-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Xəzər Universitetində alıb. "Region TV” (indiki ARB), "Space” və "Xəzər” televiziyalarında bir çox verilişlərin aparıcısı olub. Bundan başqa, Mələk Heydərova aktrisa kimi də fəaliyyət göstərib. Bir çox seriallarda müxtəlif rollar oynayıb.

 

- Mələk xanım, necə oldu ki, aparıcılıq etməyə başladınız? Hansı səbəblərə görə jurnalistikanı seçdiniz?

 

- Jurnalistlik mənim uşaqlıq arzum deyildi. Uşaq vaxt heç vaxt düşünməzdim ki, gəlib efirə çıxaram. Düzdür, hər hansı bir məqamlar olurdu ki, təsəvvürümdə insanların qarşısında çıxış edirdim, sanki kütlə də məni izləyir, alqışlayırdı. Amma bu, həyatımda bir məqsəd deyildi. Müxtəlif sahələrdə çalışdım, istiqsadiyyat üzrə təhsil almışam. 
Jurnalistikaya gəlməyim çox təsadüf oldu. Bu sahəyə gəlməyimdə rəfiqəmin köməyi rolu oldu. Bu yola düşəndən sonra jurnalistika mənə maraqlı gəldi. Fikirləşdim ki, özümü bu sahədə inkişaf etdirim, arxasınca gedim. Vaxt keçdikdə özümü bu sahəyə daha çox yaxın hiss etdim. Ona görə də bu səhədə qalmağa qərar verdim.

 

- Tanınmağınızda hansı layihənin rolu olub?

 

- Mənim tanınmağımda ilk layihəm, ilk efir təcrübəm "Kişilər evdə olmayanda” verilişi olub, Elçin Əlibəylinin rəhbərliyi ilə. Ondan sonrakı uğurum isə "Xəzər”  televisiyasında gedən "Ailəcanlı” serialı ilə bağlıdır. Bu iki layihə mənim tanınmağıma səbəb olub.

 

- Gözəl xanımsınız, bu gözəlliyiniz nə zamansa başınıza bəla olub?

 

- Gözəllik heç bir zaman insanın başına bəla olmur, əksinə, insana daha çox işlərdə kömək olur. Düzdü, söhbət münasibətlərdən gedirsə, gözəlllik kişinin qadını daha çox qısqanmasına gətirib çıxarır. Amma işlərimizdə, karyerada gözəllik daha çox köməklik edir, çünki, efir gözəllik tələb edir. Əgər bir az gözəl görünüşün varsa, səni izləyənlərin sayı daha artıq olacaq.

 

- Umumiyyətlə, jurnalistikada qadınların fəaliyyət göstərməsinə hansısa əngəllər varmı?

 

- Jurnalistikada qadınların fəaliyyət göstərməsinə heç bir əngəl yoxdur. Ümumiyyətlə, Azərbaycanda hər hansı bir sahədə qadınların fəaliyyətinə əngəl yoxdur. Savad, bilik, ağıl bunlar yetərlidir ki, istədiyin işdə inkişaf edəsən. Jurnalistika da elə bu sahələrdən biridir. Ümumiyyətlə, jurnalistika qadınlar üçün daha rahat və maraqlı sahədir. Amma bu sahə dərin bilik tələb edir.

 

- Televiziyalar, qəzetlər və saytlarda daha çox nələrdən narazısınız?

 

- Qəzet oxumuram, televiziya və saytlarda hər kəsin narazı olduğu nüanslar var, mən də onlardan narazıyam. Bəziləri qeyri-peşəkarlığa yol verir, peşəkarlara imkan vermirlər ki, televiziyada, saytlarda işləsinlər. Bu da ondan irəli gəlir ki, peşəkar insanlar daha çox qonorar tələb edir. Məsələn, mən özümü  peşəkar hesab edirəm, mənə təklif olunan çüzi qonorarlara işləməyəcəm. Mən çox istərdim ki, televiziyalar və saytlar qazandıqları pulları peşəkarlara xərcləsinlər. Bu televiziyalarımızın, saytlarımızın keyfiyyətini yüksəltməyə xidmət edəcək. Saytlar çalışırlar ki, maaşları yüksək etsinlər. Amma biz bilirik ki, televiziyaların gəliri daha çoxdur. Bu gəlirdən də ən azı 3-4 peşəkara pul ayıra bilərlər. Bir az buna görə televiziyalarda keyfiyyət aşağıdır.

 

- Aparıcılığa aktrisalıqdan gəlmisiniz, hansının imkanları daha genişdir?

 

- Əlbəttə ki, aparıcılıq. Çünki, nəinki efirdə aparıcılıq edirsən, həm də müxtəlif tədbirlər aparırsan. Aktrisalıqda yalnız serialdan seriala çəkilirsən. Nəzərə alsaq ki, Azərbaycanda elə çox filmlər çəkilmir, seriallar da hansısa telekanalın özünə aid olur, bu baxımdan bir neçə il işsiz qala bilərsən.  
Aparıcılığın isə əlavə qazancı olur, tədbirlərə dəvət olunur. Həm də mən özümü aparıcı hesab edirəm, çünki, mənim hər zaman insanlara deməyə sözüm olur və olacaq da. Mən aktirasılıqla günüm xoş keçsin deyə, pozitiv anlar yaşayım deyə məşğul oluram.

 

- Efirdə aparıcılarımız daha çox hansı səhvlərə yol verir? Sizi nəyə görə tənqid ediblər?

 

- Aparıcıların hansı səhvlərə yol verməsini demək mənə düşməz. Mən heç kimi tənqid etməyi sevmirəm. Tənqidi bizim müəllimlərimiz etsinlər. Bizim qocaman aparıcılarımız bizi tənqid etməlidir, səhvlərimizi deməlidirlər. Mən özüm də tənqid olunmuşam, bəzi qüsurlarım olub. Amma o vaxt elə açıq-saçıq deyildi, sosial şəbəkələr yox idi. İndi kiçik bir səhvi böyüdüb gündəm yaratmağa çalışırlar. Əvvəl kimsə kiməsə söz deyəndə çəkinərdi, amma indi kim nə istəyir danışır.

 

- Necə düşünürsünüz, gözəlliyinizə görə ekran başına keçən izləyicilər var?

 

- Əlbəttə efir savadlı yanaşı, gözəllik də sevir. Ekranda göz oxşamaq lazımdır.

 

- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

 

- Çox istərdim ki, sosial layihələr həyata keçirim. Xüsusilə də uşaqlarla bağlı layihə gerçəkləşdirmək istərdim. Mən uşaqlarla ünsiyyətdə olmağı çox sevirəm, əvvəllər "Space” kanalında "Mənim dəcəl balam” adlı veriliş aparırdım. Bundan böyük zövq alırdım.

 

- Bəzən efirə açıq-saçıq geyimlərlə çıxan xanımlar tənqid olunur, sizin fikrinizcə bu doğrudurmu? Ümumiyyətlə aparıcının, geyiminə hansısa məhdudiyyət qoyulmalıdır?

 

- Ümumiyyətlə, məndə heç bir zaman geyim müzakirə olunmur. Etik normalar daxilində insan istədiyi geyimi istədiyi yerə geyinə bilər. Hər bir zamanın, məkanın öz geyimi var, onları qarışdırmaq olmaz. Geyimi apardığın verilişlə  uyğunlaşdırmalısan. Əgər gecə verilişi aparırsansa açıq geyim geyinə bilərsən. Uşaqlar yatmış olur, normalar daxilində açıq-saçıq geyimlər geyinmək olar. Amma əgər sən xəbər aparıcısansa, necə gəldi geyinib efirə çıxa bilməzsən. Xəbər ciddilik tələb edir. Elə olur ki, aparıcı xanımlar o qədər makiyajdan istifadə edirlər ki, fikirləşirsən aparıcıya baxasan ya, xəbər izləyəsən? Efir mədəniyyətinə riayət etmək lazımdır. Mən çox bəyənirəm ki, xəbər aparıcısı olan xanımlar efirə sadə çıxsın. Amma adi bir şou proqramında cəlbedici nüanslardan istifadə etmək olar.  Ya da gündüz veriliş aparırsansa, allı-güllü geyinib efirə çıxa bilərsən, bu insanlarda xoş əhval-ruhiyyə yaradar. 

 

 

 

 

 


 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ