SON DƏQİQƏ

"Ona məsləhət görürəm ki, arıqlamaq istəyirsə, əttökən verilişlərə çox baxsın..."

Tarix:6-10-2018, 22:22

Bu gün xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür. 

Bu münasibətlə həmkarını təbrik edən xalq artisti Rasim Balayev  açıqlamasında ona arzularını çatdırıb:

"Nurəddin çox yaxşı aktyordu, sənətə ciddi münasibət bəsləyən adamdır. Onun gözəl səsi və aktyorluq qabiliyyəti var. Onunla bir dəfə "Aydın” tamaşasında və bir də "Hüseyn Cavid” filmində çəkilmişik. Aktyora lazım olan bütün atributlar onda var. O, bu gün baş rollarda oynayır. Onun kino sahəsində də çox böyük işləri var. Biz bu yaxınlarda görüşdük və gördüm ki, o, çox kökəlib. Ola bilsin ki, o, daxili potenasialı ilə daha yaxşı rollarda oynaya bilər, amma köklük ona təbii ki, mane olur. Hələ ki, cavanlığı qalıb və bundan sonra da qəhrəman rollar oynayar. Məncə, arıqlasa yaxşı olar. Bunları ona dostcasına deyirəm. 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
R.Balayev həmkarına arıqlamaq üçün zarafatyana məsləhətlər də verib:

"Günlərin bir günü "Gülüstün” sarayında dövlət tədbiri idi, orda bir adam mənə yaxınlaşıb dedi ki, "Rasim müəllim, aktyorların çoxu bir az yaşa dolduqdan sonra kökəlirlər. Siz onlara baxanda yaxşı qalmısınız. Bunu necə edirsiniz?” Dedim ki, vallah, elə nə istədim yeyirəm, dieta - filan saxlamıram. Amma zarafatyana dedim ki, bunun bir dərmanı var, əslində burda ciddilik də var idi. Orda televiziya rəhbərlərindən də bir nəfər var idi. Dedilər ki, bu dərmanın adı nədir? Dedim ki, yaxşı yeyib-içirsən, sonra gəlib televiziyalarımızdakı verilişlərə baxırsan ətin tökülür. (Gülür) Buna nə dərman lazımdı, nə də dieta. İndi Nurəddinə də məsləhət görürəm ki, əgər bir az arıqlamaq istəyirsə, Azərbaycan verilişlərinə çox baxsın. Ona tövsiyyə edirəm ki, yeyib-içsin və bizim düşük, əttökən verilişlərə baxıb formada qalsın”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ