SON DƏQİQƏ

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı

Tarix:21-08-2018, 18:04

Günlərdir Azərbaycanın sarı mediası "kişi məclisində içki içən” müğənni Mətanət Əsədovanın internetdə yayılmış görüntülərini müzakirə edir. Bu görüntülərə əsasən məclisdə oturanlar öz aralarında söyüşlə danışır, qadın müğənni isə qədəhdən "mənşəyi məlum olmayan” hansısa içkini başına çəkir.

Əlbətdə, kimin hansı məclisdə iştirak etməsi və orada hansı içkini içməsi onun sırf şəxsi işidir və heç bir halda ictimai əhəmiyyət daşıya, ictimai müzakirə mövzusu ola bilməz, əgər həmin şəxs dövlət məmuru və ya ictimai öhdəlikləri olan biri deyilsə. Və indiki halda Azərbaycanın şou-biznes əhlinin "efirlərdə” yarıçılpaq vəziyyətdə hər cür hoqqalardan çıxması, hətta yelləncək asıb yellənməsi, onları öz "verilişlərinə” qonaq edən aparıcıların düşük davranışları, ictimai əxlaqa zidd hərəkətləri çoxdan adiləşib.

 

Lakin nəyə görəsə sarı media "kişi məclisində içki içən Mətanət” qalmaqalını sürətlə üfürdü, məsələni ölkə miqyaslı müzakirə mövzusuna çevirməyə çalışdı, işə televiziyalar qoşuldu. Və hər tərəfdən qadın müğənninin kişi məclisində araq içməsi şiddətlə qınayanlar, ona divan tutmağa hazır olanlar və bu hərəkəti qadının şəxsi işi sayıb haqq qazandıranlar tapıldı. Hətta "məşhur aşıq” da tapıldı ki, müğənninin həmin videosunu yayanları tapıb bıçağı qarnına soxmağa hazır olduğunu açıqladı. Hərçənd xanım Əsədova and-aman edirdi ki, onun içdiyi araq yox, içərisində limon şirəsi sıxılmış mineral su idi...

Nəhayət belə görünür ki, bu gün "kişi məclisində araq içən Mətanət” qalmaqalı öz həllini tapıb. Müğənni telekanallardan birində yayımlanan şou-proqrama qatılıb və onun videosunu yayan şəxs barədə həmkarı Manaf Ağayevin "tədbir gördüyünü” açıqlayıb.

"Bəzi adamlar dedi ki, niyə Manaf sosial şəbəkədə paylaşım etmədi, dəstək durmadı. Ancaq bu səhər saat 07:00-a qədər Manaf mənimlə olub”, - deyə Əsədova bildirib.

Şou-proqrama telefonla bağlanan Manaf Ağayev isə bildirib ki, həmin adamlar Mətanətin qarşısında diz çöküblər: "Həmin adamları tapıb gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər”.

Göründüyü kimi Azərbaycan şou-məkanının öz qanunları var və burada günahklarları müəyyən edib diz çökdürmək praktikası yavaş-yavaş yayılmaqdadır. Bir neçə ay əvvəl də buna oxşar insident baş vermişdi və müğənni Kərim Abbasov sosial şəbəkələrdə onu təhqir edən iki nəfəri şəxsən tapıb Binəqədinin polis bölmələrindən birinə aparmışdı. Orada həmin şəxslər müğənnidən üzr istəməyə məcbur edilmişdi və görüntüləri çəkilib müğənni tərəfindən yayılmışdı. Məsələ ictimailəşəndə həmin cəzalandırmaya şahidlik edən polis sistemdən xaric edildi, bölmənin rəhbəri isə töhmət aldı.

Müğənni Manaf Ağayev isə təkcə həmkarı barədə video yayanı tutub diz çökdürmür, o, həm də doğulduğu Füzuli rayonundan olanların intihar fikrindən daşındırmaq üzrə tanınır. Bunu müğənni özü demişdi, çünki bir neçə gün əvvəl Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin binasından özünü atmaq istəyən, Füzuli rayonundan olan əlili intihar fikrindən daşındırmaq üçün məhz Manaf Ağayevi köməyə çağırmışdılar. Müğənni isə sonradan həmin şəxsi necə xilas etməsi barədə danışarkən xüsusi qeyd etmişdi ki, bu onun ilk belə işi deyil. Füzuli rayonundan kimsə intihar etmək istəyəndə onu çağırırlar...

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ