SON DƏQİQƏ

Brilliant Dadaşovanın bacısı oğlu efirdə erməni mahnısı oxudu – Video

Tarix:10-07-2018, 14:02

Arb telekanalında yayınlanan "Səhər-səhər” verilişində azərbaycanlı müğənni erməni mahnısı oxuyub.

 "N-beothers” qrupunun ilk solistlərindən olan, 11 il sonra yenidən səhnəyə çıxan xalq artisti Briliant Dadaşovanın bacısı oğlu, gənc müğənni Cəmil Dadaşov yeni stil hesab etdiyi mahnısını ifa edib. Mahnıya bütün efirdə olan qonaqlar oynasalar da mahnının erməni müğənniyə məxsus olmasının və mahnının plagiat olmasından heç kim xəbər tutmayıb. Belə ki, mahnının əsli Türkmənistanda yaşayan erməni əsilli Kakacan Recepov və Saro Vardanyanın ifasında səslənən "По твоим следам” adlanır.

Araşdırmalarımız zamanı Kakacan Recepovun "Armstudio” ilə çalışması, bütün kliplərinin müəllifinin məhz "Armstudio” olması üzə çıxdı. Hətta erməni əsilli Kakacan Recepovun bütün duet ortaqları da məhz erməni ifaçılarladır.

Qeyd edək ki, Cəmil Dadaşov xalq artisti Brilliant Dadaşovanın bacısı İradə Dadaşovanın oğludur.

Xatırladaq ki, bir müddət öncə xalq artisti Brilliant Dadaşovanın erməni ifaçısı Varujan Şahbazyanla yazışması da medianın gündəmini zəbt etmişdi.

Bizimyol.info proqram görüntüsünü və mahnının original videosunu təqdim edir:

 

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ